XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » Turizm sektorunda xidmət problemi: nə vaxt düzələcək?

Turizm sektorunda xidmət problemi: nə vaxt düzələcək?

Turizm sektorunda xidmət problemi: nə vaxt düzələcək?
24-07-2017, 13:46

Azərbaycanın ən böyük qazanc mənbəyi hesab olunan neftin dünya bazarında kəskin ucuzlaşmasından sonra dövlət turizm sektoruna diqqəti artırıb. Bunun nəticəsiidir ki, son dövrlər ölkəyə turist axınının, xüsusən də ərəblərin və cənub qonşumuz İrandan gələnlərin sayı kəskin şəkildə artıb. Üstəlik təşkil olunan beynəlxalq idman yarışları və digər tədbirlər də turist sayına önəmli şəkildə təsir göstərib.

Amma təəssüf ki, bir çox sahələrdə olduğu kimi turizm sektorunda da inkişaf natamam şəkildə gedir. Bir ölkərin ən çox gəlir gətirən sahələrindən biri turizm hesab olunur. Son illər Bakıda və regionlərdə turizmin inkişafı üçün müvafiq şərait qurulsa, standardlara cavab verən yüksək səviyyəli otellər tikilsə də, ən önəmli məqamlardan biri olan xidmət sektorunda inkişaf nəzərə çarpmır. Baxmayaraq ki, Azərbaycan Turizm və Menecment Universiteti, texnikumlar, peşə məktəbləri hər il bu sahə üzrə çox sayda mütəxəssis yetişdiri. Amma yənə də xidmət sahəsində boşluqlar var.

Ən kiçik müəssisələr olan kafe və restoranlardan başlayaq. Reklamlarda nə qədər "gülərüz personal" ifadəsini eşitsək də, personalların üzünün güldüyünü görmək müşkül məsələdir. Eyni vəziyyətlə böyük supermarket şəbəkələrində də qarşılaşırıq. İstər kassirlər, istərsə də işçilərin üzünə baxanda insanın olmayan dərdləri yadına düşür.

Bi çox problemi qabartdıqda, özümüzü xarici dövlətlərlə müqayisə etmək istədikdə, gənc dövlət olduğumuzu və çox qədim tarixi olan ölkələrlə müqayisə olunmağın doğru olmadığı iradı ilə qarşılaşırıq. Ancaq bu elə bir mövzudur ki, nə tarixlə əlaqəsi var, nə müstəqilliklə. Bu sırf xalqın, millətin təfəkküründən, düşüncə tərzindən asılıdır. Bəzi gənclər xidmət sektorunda çalışmağı özünə ayıb hesab edir, bəziləri məcburiyyətdən bu sahədə çalışır, bəziləri də başqa səbəbdən bu sahəyə üz tutur.

"Sport Luxury Travel" şirkətinin icraçı direktoru Ruzi Rəhimov da hesab edir ki, bu sektor xüsusi diqqət tələb edən sahədir:

"Ümumiyyətlə, xidmət sektoru çox geniş anlayışdır. Bura adminstratorlardan tutmuş, xadimələrə qədər bütün işçilər daxildir. Xidmətin görünən, aparıcı vəzifəsi isə ofisiantlarındır. Müştəri ilə birbaşa ünsiyyətdə olduqlarından ofisiantların məsuliyyəti böyükdür. Buna görə də bu peşəyə əslində xüsusi diqqətlə yanaşılmalı və ciddi təlim keçirilməlidir. Çünki ofisiantlar çəngəl-bıçağı süfrəyə düzməkdən tutmuş, şərabın süzülmə qaydasına qədər hər kiçik detala bələd olmalıdırlar. Müştərilərin hər birinə fərdi-psixoloji qaydada yanaşmalıdırlar. Qısacası, ofisiantlıq çox ciddi, məsuliyyətli və o qədər də əyləncəli işdir. Bu gün bizdə adi kafe-restoranlarda olan ofisiantlar, istər MDB ölkələrində, istərsə də Türkiyədə otel sektorunda çalışan ofisiantlardan dəfələrlə yaxşıdır. Baxmayaraq ki, ölkəmizdə xidmət sektorunda baza hələ indi-indi yaranır. Həm supermarketlərdə, həm kafe-restoranlarda, həm də otellərdə xidmət sektorunun heç də yuxarıdan aşağı baxılacaq sahə olmadığını aşılamağın tək yolu təbliğat və təşviqatdır. Ümmumiyyətlə, hər şeyin kökü təbliğatdır. Necə ki, 10 il əvvəl universitetə sənəd verəndə hamı hüquq və gömrüyü, indi isə iqtisadiyyatı seçir, eləcə də elə təbliğat aparılmalıdır ki, həm peşə məktəblərində, həm də universitetlərdə xidməti ixtisaslara da üstünlük verilsin".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.