Prezident Qobustanda yeni modul tipli xəstəxananın açılışında iştirak edib - Foto

---

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verilib.