"e-Tabib”dən istifadə edənlərə Bakcell-dən hədiyyə
Bakcell şirkəti “Covid-19”la mübarizə tədbirləri çərçivısində ölkəmizdə həyata keçirilən daha bir təşəbbüsə qoşulub.
Belə ki, Bakcell abunəçiləri “e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB həcmində internet trafiki hədiyyə olunur.
“e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. Belə ki, “bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınmış yoluxma faktından xəbər tutur və ona “Covid-19” testindən keçmək tövsiyə olunur.
Azərbaycanda “Covid-19” virusuna yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar, tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar da bu mobil tətbiqdə öz əksini tapır. Burada eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar yerləşdirilib. “e-Tabib”i Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar.
Bakcell bundan sonra da ölkəmizdə “Covid-19”a qarşı aparılan mübarizə tədbirlərinə dəstək verməyə davam edəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...