Rəis müavini, DYP komandiri Rəşadət Babayev hamilə qadını belə söydü, ərinə sillə vurdu
Bakıda yol polisi ilə sürücü arasında mübahisə yaşanıb.
Hadisə Tbilisi prospektində qeydə alınıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (DYP 10 AP 400) bir avtomobili saxlayıb.
Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan polis işçisi avtomobili yolun kənarından götürməyi tələb edib. Sürücü o anda polisdən xahiş edib ki, həyat yoldaşı hamilədir və burada düşməyini xahiş edib.
Ancaq Rəşadət Babayev ərinin yanında qadını söyüb. Bundan əsəbləşən sürücü isə avtomobildən düşərək polislə mübahisə edib. Rəis müavini Rəşadət Babayev sürücüyə sillə vurub və onu da söyüb. Hadisəni kənardan görən mühafisəçi də məsələyə müdaxilə edib. Ancaq polis işçisi ona da arxadan təpik vurub.
Baku.ws

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək