Texniki baxış talonu maşının ön şüşəsinə vurulmaycaq - Yeni qərar
- 22-10-2018, 13:36
- 1 785
---
Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Avtomobildə nasazlıqlar aşkar edildikdə sahibinə bu barədə bildiriş göndəriləcək. Həmin nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinə yenidən baxış keçiriləcək və bu məlumat elektron talona daxil ediləcək, ondan sonra elektron talon tərtib olunacaq.
Elektron talon həmçinin sürücünün “Asan Ödəniş” sistemindəki hesabında da göstəriləcək.