Texniki baxış talonu maşının ön şüşəsinə vurulmaycaq - Yeni qərar
Azərbaycanda avtomobillərin dövlət texniki baxışı barədə yeni qərar verilib. Bundan sonra texniki baxış haqda talon artıq maşının ön şüşəsinə yapışdırılmayacaq. Əsasnaməyə edilən dəyişiliklərə görə, texniki baxış haqda talon elektron qaydada veriləcək.
Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Avtomobildə nasazlıqlar aşkar edildikdə sahibinə bu barədə bildiriş göndəriləcək. Həmin nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinə yenidən baxış keçiriləcək və bu məlumat elektron talona daxil ediləcək, ondan sonra elektron talon tərtib olunacaq.
Elektron talon həmçinin sürücünün “Asan Ödəniş” sistemindəki hesabında da göstəriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...