Məscidlər yalnız ibadət yeri olmayacaq - açıqlama
Azərbaycanda dövlət-din siyasətinin əsas hədəfi milli-mənəvi dəyərlərin, dini tolerantlığın və ictimai sabitliyin qorunması, bu sahədə rəqəmsallaşmanın genişləndirilməsi və maarifçilik fəaliyyətinin gücləndirilməsidir.
Bunu Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda Qusarda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O bildirib ki, tədbirin əvvəlində təqdim olunan sənədli film, “Amin” informasiya platforması və “Hər məsciddə kitabxana” layihəsi fərqli istiqamətləri əhatə etsə də, vahid strateji baxışın məhsuludur və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət-din siyasətinin müasir, innovativ və gələcəyə hesablanmış təqdimatını təşkil edir.
“Bu layihələrin əsas məqsədləri milli-mənəvi dəyərlərin qorunması, dini tolerantlığın və ictimai sabitliyin möhkəmləndirilməsi, dövlət-din münasibətləri sahəsində rəqəmsallaşmanın təmin olunması və maarifçilik işinin gücləndirilməsidir”.
Komitə sədrinin sözlərinə görə, təqdim olunan sənədli film Azərbaycanda dini müxtəlifliyin, dini və ictimai sabitliyin tarixi və bu gününü əks etdirən vizual layihədir. O vurğulayıb ki, ölkədə həyata keçirilən dövlət-din siyasəti Prezident İlham Əliyevin dini konfessiyalara, dini mühitə və milli-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə söykənir. Bu modelin beynəlxalq səviyyədə tanıdılmasında Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyətini də xüsusi qeyd edib.
R.Məmmədov bildirib ki, “Amin” informasiya platforması dövlətin rəqəmsallaşma siyasətinin dövlət-din münasibətləri sahəsində tətbiqidir. Onun sözlərinə görə, platforma vasitəsilə komitənin bütün xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşların etibarlı məlumatlara çıxışının asanlaşdırılması, eləcə də dezinformasiya və saxta xəbərlərlə mübarizənin gücləndirilməsi nəzərdə tutulur.
“Hər məsciddə kitabxana” layihəsindən danışan Ramin Məmmədov qeyd edib ki, Azərbaycan məscidləri tarixən yalnız ibadət məkanı deyil, həm də elm və maarif ocaqları olub. Layihənin məqsədi bu ənənəni müasir dövrün tələblərinə uyğun şəkildə yenidən bərpa etməkdir. Onun sözlərinə görə, layihənin icrası zamanı əldə olunan rəylər təşəbbüsün cəmiyyət tərəfindən maraqla qarşılandığını göstərir.
Ramin Məmmədov çıxışında media nümayəndələri ilə keçirilən regional görüşlərin artıq ənənəyə çevrildiyini də bildirib. O xatırladıb ki, ilk görüş Şuşada, ikinci Şamaxıda, üçüncü isə Qusarda keçirilib və gələcəkdə digər bölgələrdə də bu format davam etdiriləcək.
“Qusar dini müxtəlifliyi ilə seçilən və dövlət-din siyasəti baxımından xüsusi əhəmiyyət verilən bölgələrdəndir. Dövlət bu bölgədə dini sahədə çağırışlardan daha çox imkanlar görür və yerli icra hakimiyyəti, ictimaiyyət və din xadimləri ilə əməkdaşlıq nəticəsində dini sabitliyin qorunmasının mümkün olduğuna inanır”.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb