yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Elektron hökumət" portalına daha 7 yeni elektron xidmət inteqrasiya edildi

16-01-2017, 21:50 273 dəfə baxılıb
yüklənir...

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu "Elektron hökumət" portalına yeni elektron xidmətlər inteqrasiya olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin yeni olaraq daha 7 elektron xidməti portala inteqrasiya edilib:

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulu","Heyvan və quşların ölkəyə müvəqqəti daxil olması və ölkədən müvəqqəti çıxarılması üçün müraciətin qəbulu",
"Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu",
"Müraciət nömrəsinə görə müraciətlərin statusunun yoxlanması",
"Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu",
"Ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi üçün müraciətin və sənədlərin",
"Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu"

Eyni zamanda, inteqrasiya olunan yeni xidmətlərlə yanaşı, istifadəçi rahatlığını təmin etmək məqsədilə qurumun "Elektron hökumət" portalında mövcud olan və aşağıda sadalanan elektron xidmətləri təkmilləşdirilib.

- "Baytarlıq preparatlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrinin aparılması və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müraciətlərin qəbulu"
- "Dövlət baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu"
- "Dövlət baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin ixracına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu"
- "Bitki və bitkiçilik məhsullarının idxalınа idxal karantin icazəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu"
- "Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu"
- "Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması üçün müraciət və sənədlərin qəbulu"
- "Kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə verilməsi üçün müraciətin və sənədlərin qəbulu"
- "Özəl toxumçuluq fəaliyyəti sahəsində qeydiyyata alınmaq üçün müraciətin və sənədlərin qəbulu"
- "Özəl təsərrüfatın damazlıq istiqamətinin təyin edilməsi üçün qeydiyyata götürülməsi".
- "Baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi üçün sənədlərin qəbulu və rəy verilməsi".

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin portalda mövcud olan "Baytarlıq nəzarətində olan yüklərin, eləcə də diri heyvan və quşların idxalı zamanı icazənin verilməsi üçün müraciətin və sənədlərin" və "Baytarlıq nəzarətində olan yüklərin, eləcə də diri heyvan və quşların ixracı zamanı icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu" adlı iki xidməti birləşdirilərək "Heyvan və quşların ölkəyə müvəqqəti daxil olması və ölkədən müvəqqəti çıxarılması üçün müraciətin qəbulu" adlı bir xidmət kimi istifadəçilərə təqdim edilir.

"Bitki və bitkiçilik məhsullarının ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu" adlı bir xidmət isə"Bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu", "Bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu" və "Ölkə daxilində daşımalar zamanı bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu" adlı 3 ayrı elektron xidmət kimi təqdim edilir.

Adı çəkilən xidmətlər istifadəçi rahatlığı təmin edilməklə, daha da optimallaşdırılıb, istifadəçilərə elektron xidmətin göstərilməsinin gedişatı barədə elektron məlumat almaq imkanı yaradılıb.

Qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün "Elektron hökumət" portalında qeydiyyatdan keçmək vacib şərtdir.

Qeyd edək ki, "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması istiqamətində qısa müddət ərzində görülən genişmiqyaslı işlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göstərilən 22 elektron xidmət "Elektron hökumət" portalına inteqrasiya edilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-07-2017


25-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ