SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Quba alması İrəvanda necə peyda oldu?

Quba alması İrəvanda necə peyda oldu?

Tarix:

26-04-2017, 15:45

/ 85 437 dəfə oxundu.
Quba alması İrəvanda necə peyda oldu?

Azərbaycanda yetişdirilən almanın Ermənistanda bazarlarda peyda olması dövlət qurumlarını əməlli-başlı vəlvələyə salıb.
Erməni KİV-nə istinadən verdiyimiz məlumata görə, Ermənistanın dövlət gəlirləri Komitəsi də məsələyə qarışıb və İrəvan bazarlarında Azərbaycan məhsulunun araşdırılması ilə bağlı komissiya yaradıb.
Komitənin yaydığı məlumatda qeyd olunur ki, təcili şəkildə əməliyyat-axtarış tədbirləri həyata keçirilməlidir.
İndiyə qədər aparılan araşdırmalar nəticəsində məlum olub ki, almalar Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilməyib.
Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi yanında Qida məhsullarının təhlükəsizliyinə nəzarət xidmətinin bazarlarda 3 günlük monitorinqi nəticəsində məlum olub ki, Azərbaycan almaları bazarlarda satılır və əhali tərəfindən sürətlə alınır.
Azərbaycan məhsulunun satılması Ermənistan hökumətini narahat etməyə başlayıb. Belə ki, məhsullar İrəvanda keçirilən yarmarkalara qədər gedib çıxıb.
Təsəvvür edin ki, Göyçay narı Ermənistan bazarlarında satılsaydı, nələr olardı...

Şərhlər

XƏBƏR LENTİ