XalqXəbər.Az

Piyada keçidlərinin “eskalator dərdi”

yüklənir...
Piyada keçidlərinin “eskalator dərdi”
11-03-2019, 14:08
yüklənir...

Bakıda yeraltı piyada keçidlərindəki eskalatorların dərdi bitmək bilmir. Artıq altı aydan çoxdur ki, şəhərin bir çox yerlərində quraşdırılan sözügedən eskalatorlar işləmir.

Hələ dörd ay əvvəl vəziyyətlə bağlı reportaj hazırlayaraq problem barədə məlumat vermişdik. Məsul şəxslər isə çox yaxın müddətdə eskalatorların təmir olunacağını bildirmişdilər.

Vəziyyətlə tanış olmaq üçün yenidən Nəsimi rayonunda Qış parkı ərazisinə və Məhəmməd Füzuli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsinə yollandıq. Gördüyümüz mənzərə isə aylar əvvəl gördüyümüzdən fərqli olmadı.

Görəsən, eskalatorların tez bir müddətdə nasaz vəziyyətə düşməsi və təmirinin uzun müddət çəkməsinin səbəbi nədir?

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı yeraltı keçidlərdəki eskalatorların tez sıradan çıxmasının səbəbini ölkəmizdə bu sahədə mütəxəssis olmamasında və məsul qurumların eskalatorları alarkən xarici şirkətlərlə bağlanan müqaviləyə laqeyd yanaşmasında görür.

Mövzu ilə bağlı “Azəravtoyol” mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar Nəcəfli bildirdi ki, eskalatorların ehtiyat hissələri xaricdən gətirildiyi üçün Maliyyə Nazirliyindən vəsait ayrılmalıdır.

Oxu.azскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.