SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azercell" mobil operatorların fırıldağı, diqqətli olun! — Bu yolla milyonlar qazanırlar – FAKTLAR

"Azercell" mobil operatorların fırıldağı, diqqətli olun! — Bu yolla milyonlar qazanırlar – FAKTLAR

Tarix:

4-03-2019, 00:29

/ 2 201 dəfə oxundu.
"Azercell" mobil operatorların fırıldağı, diqqətli olun! — Bu yolla milyonlar qazanırlar – FAKTLAR

Uzun illərdir min cür fırıldaqla abunəçilərin ciblərinə girən Azercell mobil operatoru son zamanlar yenidən fəallaşıblar.

Millətinsəsi.info xəbər verir ki, “Azercell” abunəçilərinə gələn mesajda musiqi yükləmək, video izləmək, ulduz falı və s. kimi xidmətlərə qoşulduğunuz qeyd edilir.

“Novamedia” başda olmaqla kontent provayderlər GSM şirkətləri ilə müqavilə imzalayır və nömrələrimizi əldə edir. Daha sonra qazancı da aralarında bölüşdürürlər.

Provayderin göndərdiyi ismarış mətnində xidmətlərdən birinə abunə olunduğunuz və xidmət haqqı olaraq gündəlik 30 qəpikdən 60 qəpiyə qədər olduğu göstərilir. Abunəlikdən çıxmaq üçün isə “STOP” yazıb göndərmək lazımdır.

Yəni, sizdən icazə alınmadan üzv etdikləri xidməti dayandırmaq üçün sizdən əlavə fəaliyyət tələb edirlər. Gündəlik yazışmalar həyata keçirən gənclər üçün bir mesaj yazmaqla xidməti dayandırmaq asandır. Ancaq texnologiya ilə təzə-təzə tanış olan yaşlı insanlar üçün bu çətinlik yaradır. Yazılmış mesajın mətnini anlamayanlar nəyə qoşulduqlarından belə xəbərsiz olurlar. Yaxud daha əvvəl reklam mətnlərindən cana yığılmış istifadəçilər ismarış mətnini sona qədər oxumadan dərhal bağlayır, hətta silirlər.

Abunəçisi olduğunuz operatorla əlaqə saxlamaq da pulludur. Günaşırı onların balansından çıxılan pullara görə mobil operatorun müştəri xidmətlərinə zəng etdikdə isə hər dəqiqəsi 15 qəpikdən hesablanan zənglə dərdlərini izah etməli olurlar.

Mobil operator da özlərini “mələk” kimi göstərərək mesajların onlar tərəfindən göndərilmədiyini, hansısa sayta daxil olduğunuz üçün belə xidmətə qoşulduğunuzu deyirlər.

Yuxarıda da qeyd etdiyimiz kimi, mobil operator şirkətləri abunəçilərin nömrə detallarını kontent provayderlərə satdıqları faktı onların heç də “mələk” olmadıqlarını sübut edir.

Bir aya 6.5 milyon manat…

Dəfələrlə şikayət edilməsinə, sosial şəbəkələrdə “Azercell”-ə qarşı etiraz kompaniyalarının keçirilməsinə baxmayaraq, bu şirkətin müştərilərinin hüquqlarını heçə sayıb, onların məlumatlarını ikinci bir şirkətlə paylaşmaqdan çəkinmir.

Görünür, bu xəmir hələ çox su aparacaq. Amma insanların cibindən oğurladıqları pulun miqdarı isə heç də su qiyməti deyil. Bu cür fırıldaqla hər ay orta hesabla 6.5 milyon manat abunələrdən oğurlandığı iddia edilir.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ