Hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq.
Bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb.
O bildirib ki, bununla bağlı nazir Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, bununla bağlı digər tədbirlər də təxirə salınır.