SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyi rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparmır... - SOSİALDAN BAXIŞ

Təhsil Nazirliyi rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparmır... - SOSİALDAN BAXIŞ

Tarix:

10-12-2018, 15:00

/ 1 643 dəfə oxundu.
Təhsil Nazirliyi rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparmır... - SOSİALDAN BAXIŞ

Sosial şəbəkədə yayılan Nicolas Bourbaki adlı istiofadəçinin maraqlı məqaləsini sizlərə təqdim edirik:
Burdan sizə bəyan edim ki Təhsil Nazirliyi rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparmır... Çünki bu nazirliyin vəzifə funksiyasına daxil deyil. Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə hüquq mühafizə orqanlarının - rokourorluq və polisin vəzifə səlahiyyətinə daxildir. Bir çoxları Təhsil Nazirliyini Daxili İşlər Nazirirliyi və Baş Prokurorluqla səhv salırlar.

Deyək ki siz TN-ə məlumat verirsiniz ki məktəb direktoru və ya təhsil şöbə müdiri rüşvət alır.. Əslində bu həqiqətdir.. TN-in Daxili Nəzarət adlanan idarəsi bunu necə sübut edə bilər onlara? Ya siz özünüz bunu necə sübut edə bilərsiniz onlara? Lap deyək ki bir-neçə müəllim direktorun üzünə qaldılar ki o bizdən filan qədər pul alıb. TN direktoru işdən azad etmək üçün Əmək Məcəlləsinə deyil, Cinayət Məcəlləsinə istinad etməlidir? Yəni əmrdə və əmək kitabçasında yazmalıdır ki, CİNAYƏT MƏCƏLLƏSİNİN FİLAN MADDƏSİNƏ ƏSASƏN RÜŞVƏTXORLUQ ETDİYİ ÜÇÜN İŞDƏN AZAD EDİLSİN? Bu cinayət məhkəmə qaydasında sübut olunmalıdır ki TN ona əsasən məmuru işdən azad edə bilsin. Başqa halda məktəbdə 5-10 müəllim də tapılacaq ki şikayətçinin direktora böhtan atdığını dilə gətirsinlər. Bu zaman şikayətçi özü cinayət məsuliyyətinin təsirinə məruz qala bilər. Lap direktor özü belə hansısa müəllimdən pul aldığını etiraf etsə belə yenə də TN buna əsasən özü hüquqi addım ata bilməz. Gərək hüquq mühafizə orqanlarına məlumat versin. Biz hüquqi dövlətdə yaşayırıq. Bu cür məişət səviyyəsində, orta əsrlərə uyğun davranışla TN-i ŞİKAYƏTƏ BAXMAMAQDA ittiham etmək absurddur... Belə baxanda ölkədə rüşvətxorluq və korrupsiya ilə məşğul olmayan TŞ və məktəb tapmaq qeyri-mümkündür. Onda gərək 150 TN əməkdaşı 4500 məktəbin canına düşüb araşdırma ilə məşğul olub onları işdən çıxarda? Bu praktiki mümkündür? Cinayət kütləvi olanda ona qarşı fərdi mübarizə mümkün olmur. Sayı 300 mindən artıq təhsil işçisini, 1 milyon valideyni əhatə edən təhsil sistemindəki bu tip şikayətlər o qədər çoxdur ki TN-in bunları araşdırmağa ştat vahidi belə kifayət eləmir.

TN dövlətin təhsil siyasətini yerinə yetirir. Dövlətin təhsil siyasətində rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə də özünə yer alıb. Bu siyasətin TN-ə aid hissəsinə rüşvətxorluq və korrupsiyanı yaradan amillərə qarşı mübarizə daxildir. TN də bunu edir. Yəni TN təhsil islahatları daxilində insan faktorunu minimuma endirməklə, İKT-nin və testologiyanın tətbiqi ilə, yerli təhsil idarəetmə orqanlarının, məktəb rəhbərlərinin səlahiyyətlərini məhdudlaşdırmaqla rüşvətxorluq və korrupsiyanın yarandlğı səbəbləri aradan qaldırmaqla məşğuldur. TN-in mübarizəsi fərdlərlə deyil, bürokratik sistemlədir..Yəni ilanı öldürməkdənsə onun zəhər dişini çıxartmaq daha yaxşıdır.. İnzibati yolla TƏHSİL kimi humanitar sahədə hansısa nailiyyətə heç bir ölkə nail ola bilmir. 200 manat belə əmək haqqı almayan metodkabinet əməkdaşını 20 manata görə həbs etdirməklə, onun həmkarında vəzifəsini vicdanla yerinə yetirməyə motivasiya və ya qorxu yaratmaq olmaz... İnkişaf edən ölkələrdə xəstəliklə yanaşı, onu yaradan səbəblə mübarizə daha effektli nəticə vermişdir. Bu təhsil sahəsində də o cürdür... Bu islahatlar daxilndə, yəni rüşvətxorluq və korrupsiyanı yaradan səbəblə mübarizə yaxın onillikdə bu ictimai bəladan qurtulmğımıza səbəb olacaq..

Bu ölkənin müəllimi belə bu məsələdə anlayışlı deyil. Müəllim güya rüşvət və korrupsiyaya qarşı mübarizə adı altında əslində sosial ədavət yaymaq və məktəbləri cəmiyyətin gözdən salmaqla məşğuldur..Daha fikirləşmir ki bu rüşvətxorlar və korrupsionerlər dünən və ya hazırda onun kimi müəllim olanlardan ibarətdir. Yəni qonağın qonaqdan zəhləsi gedər, ev yiyəsinin hər ikisindən.. Müəllimlərin bu mübarizə metodu təhsil sisteminin, o cümlədən elə müəllimliyin cəmiyyətin gözündən düşməyinə səbəb olur.. Onlarla müəllimin məktəbi daxilində bir nəfər direktoru əhlləşdirə bilməməsi özü çox şeydən xəbər verir. Yəni məktəbdəki müəllimlərin 80 faizi potensial rüşvətxor və korrupsioner olmağa hazır insanlardan ibarətdirlər..Necə ki direktoru işdən azad edən kimi hamı əlində pul və ya "adam" tapıb TŞ-nə axışır.. Hətta TN-in müsabiqə ilə təyin etdiyi, sosial şəbəkədə dünənə qədər düzlükdən yazan sabah vəzifəyə gəlib əvvəlki direktordan fərqlənmir. Çünki şərtlər bunu diktə edir. Bu göstərir ki işdən azad etmə həll yolu deyil.. Eyni məktəbdə müəllimlərin direktorla mübarizə adı altında nəinki məktəb rəhbəri ilə, hətta digər həmkarları ilə qeyri-sağlam metodla kollektivdə bu cür münasibət qurması özü məktəbi bir qeyri-tərbiyəvi mühüt kimi nümayiş etdirir. Müəllimi bir-birini qıran məktəbə valideyn və şagird necə baxacaq?
Məhz TN-in siyasətinin nəticəsidir ki aparatda, BŞTİ-də, bir sıra region TŞ və məktəblərində artıq rüşvətdən imtina edən məmurlar ordusunu görürük. Hansıki onlar ictimaiyyətə açıq formada bizimlsosial dioloqa da girə bilirlər. TŞ-lərin ləğvinə və RTİ-lərin yaranmasına bir addım qalıb. İnşaallah bu proses neqativ halların kökünün həllinə gətirib çıxardacaq.

Mənbə: Nicolas Bourbaki

Şərhlər

XƏBƏR LENTİ