yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Abşeronda Lisenziyasız tədris mərkəzi adı altında fəailiyyət göstərən "Sevinc sarayı"

Abşeronda Lisenziyasız tədris mərkəzi adı altında fəailiyyət göstərən
29-11-2018, 12:35 118 dəfə baxılıb

Masazır qəsəbəsi yeni Bakı şəhərciyində 4nömrəli məktəbin yani 2ci binada yerləşən "Sevinc sarayı "tədris hazırlıq kursu kimi qeydiyyatdan keçən mərkəzdə körpələr üçün bağça fəaliyyət göstərir. Adı çəkilən tədris mərkəzində artıq qeyri qanuni işə götürmə , çoxlu sayda uşaq cəlb etmə üçün peşəkarlar çalışır.
Etibarlı mənbəə bildirir ki, 1000manat 3000manat arasında sövdələşmə ilə işə qəbul edilir. Fotogörüntülərdən məlum olur ki, körpələr üçün oyun və tədris ləvazimatları , fərdi hazırlanmış qida və yatacaq üçün çarpayılar var.
Belə ki, eyni zamanda, bağça kimi fəaliyyətini davam etdirən bu məkanın lissenziyasız fəaliyyətindən Abşeron rayon Təhsil şəbəsinin müəyyən məlumatı var. Amma
RTŞ müdiri bu fəaliyyəti hansı maraqlar hesabına dəstəklədiyi sual altındadır.
Belə ki, maraqlı mənbəə bildirir ki, hətta adı çəkilən mərkəzin vergidən yayınma kimi də halları müşahidə olunur, kimlərəsə arxayın olub , "şirinliklər" hesabına açıq aşkar özfəaliyyəti ilə məşğuldur. Adi təhsil işçisinin neqativ hərəkətləri Dövlət tərəfindən nəzarətə götürülsə də, bu qeyri qanuni Lisenziyasız Uşaq bağçası necə deyərlər gözdən uzaq , könüldən kənardadı. Artıq valideynlərin ciddi diqqətinə yönəlmiş qeyri qanuni bu tədris mərkəzində ətrafda fəaliyyət göstərən bağçalardan aşağı qiymətə qəbulu, və fərqi bir daha sübut edir ki, şirnikləndirmə ilə fərqlilik hansısa etibarlı və güvənlilik körpələrin sağlamlığını sığortalamır.
"Təhsil müəssisələrinin, o cümlədən bağçaların fəaliyyətinə dair lsenziyaların verilməsi müvafiq dövlət qurumu tərəfindən həyata keçirilir. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi- sanitariya gigiyena tələbləri, körpələr , şagird yerləri ilə təminat normativlərinə uyğunluğu Təhsil Nazirliyinin ekspertləri tərəfindən yoxlanılır.
O ki qaldı yeni Bakı şəhərciyində fəaliyyət göstərən "Sevinc sarayı” uşaq bağçası ilə bağlı məsələyə, onu deyə bilərik ki, belə müəssisələr lisenziyasız qeyri-qanuni fəaliyyət göstərə bilməz.
Bakı Şəhəri Təhsil İdarəsindən isə hər zaman olaraq belə qətiyyətli açıqlama verilib ki,
"Adıçəkilən kurs adı ilə fəaliyyət göstərən xüsusi obyektlərin səlahiyyət baxımından, qeyri və ya qeyri rəsmi sənədlərindən dəqiq məlumat əldə edilsə təcili və təxirəsalınmaz addımlar atılır.

Valideynlərin nəzərinə çatdırırıq ki , “Təhsil Nazirliyi sanitar normalara cavab verən, bağça üçün şəraiti olan yerdə məktəbəqədər müsəsisənin fəaliyyət göstərməsi üçün lisenziya verir. Əgər ev tipli yerlərdə bağçalar açılıbsa, hesab edin ki, onlar lisensiyasız, qeyri-qanuni fəaliyyət göstərən müəssisələrdir.
Bu gün Təhsil Nazirliyinin lisenziyasını alıb qanuni fəaliyyət göstərən çoxlu sayda məktəbəqədər müəssisə var.
“Onlar ya xüsusi tikilmiş binalarda və təmizliyə sanitar gigiyenaya tam təminatlı ərazidə olmalıdı.

Qanunsuz fəaliyyət göstərən bağçalarla bağlı rəsmi olaraq aidiyyati orqanlara məlumat verildikdə dərhal həmin məkan nəzarətə götürülməli və qeyd edilən Nəzarət komissiyası təşkil edilməlidi. Bu çox ciddi və önəmli mərhələdi. Çünki bağçalarda körpələr və onların sağlamlığı mənşəyi məlum olunmayan ucuz qidalarla ev şəraitində hazırlanan rasionlara gigiyenaya nə qədər uyğun gəldiyindən xəbərsizik.
Beləliklə qanunsuz fəaliyyət göstərən müsəssisələrlə Vergilər Nazirliyi və digər qurumlar məşğul olur, biz sadəcə olaraq bizə daxil olan informasiyanı vaxtında çatdırırıq ki, belə müəssisələr varsa , onların lisenziyası yoxdur və qeyri-qanuni fəaliyyət göstərirlərsə aidiyyatı qurumlar araşdırsın.

Çünki qanunsuz fəaliyyət göstərən bağçalarla bağlı vətəndaşların etdikləri müraciətlərdən belə qənaətə gəlmək olur, məhz qarşısı alınsa da təəssüf ki, belə müəssisələrin hər gün artdığını bildiririk.

“Biz hər gün eşidirik ki, evdə və ya hardasa kirayə yolu ilə yer götürüb müəssisə işlətmək istəyirlər.
Sözsüz onlara qarşı ciddi addımlar atılır, onların fəaliyyətinin dayandırması haqqında lazımı məlumatları lazımı orqanlara çatdırırq.
Lisenziya Dövlətin rəsmi sənədi, sizin isə güvənli və məsuliyyətli işgörməniz , gələcəyimiz olan körpələrin isə sağlam , gigiyenik şəraitdə , etibarlı , ciddi nəzarətdə inkişafı deməkdir.
Rəsmi qurumlar olan Təhsil Nazirliyi və Bakı Şəhəri Təhsil İdarəsinin , Abşeron RTŞ və adı çəkilən Tədris mərkəzinin mövqeyini dərc etməyə hazırıq.

Ria24.az
Abşeronda Lisenziyasız tədris mərkəzi adı altında fəailiyyət göstərən "Sevinc sarayı"
Abşeronda Lisenziyasız tədris mərkəzi adı altında fəailiyyət göstərən "Sevinc sarayı"
Abşeronda Lisenziyasız tədris mərkəzi adı altında fəailiyyət göstərən "Sevinc sarayı"
Abşeronda Lisenziyasız tədris mərkəzi adı altında fəailiyyət göstərən "Sevinc sarayı"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ