SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Eynulla Fətullayevdən nazir Əbülfəs Qarayevə SƏRT İTTİHAM:"Bizim işimizi pozmaq istəyirdi"

Eynulla Fətullayevdən nazir Əbülfəs Qarayevə SƏRT İTTİHAM:"Bizim işimizi pozmaq istəyirdi"

Tarix:

1-11-2018, 18:06

/ 1 176 dəfə oxundu.
Eynulla Fətullayevdən nazir Əbülfəs Qarayevə SƏRT İTTİHAM:"Bizim işimizi pozmaq istəyirdi"

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan, Stalin repressiyasının qurbanı olan və 1938-ci ildə güllələnən şair Mikayıl Müşfiqə aid edilən meyit qalıqlarının tapılması ilə bağlı məsələni şəxsi nəzarətinə götürüb.

BiG.AZ xəbər verir ki, tanınmış jurnalist Eynulla Fətullayev prezidentin sərəncamını böyük həyəcan və sevinclə qarşıladığını bildirib. Real televiziyasına müsahibə verən E.Fətullayev belə bir faktları ortaya çıxararkən böyük araşdırmalar apardığını və faktlara söykənərək əldə etdiyini bildirib.

“Bizə qarşı müqavimət göstərənlər oldu, çoxlu stress keçirdim”.

Jurnalist Eynulla Fətullayev Azərbaycanın Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevi sərt tənqid edib:

"Bu məsələdə mənə yardımçı olan Rusiyanın mədəniyyət məsələləri üzrə baş nazirin müavininə şəxsən yazılı təşəkkürümü bildirmişəm. Çox təəssüf ki, bu işdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirinə təşəkkür düşmür. Çünki ilk gündən bizim işimizə ciddi müqavimət göstərir. Bizim işimizi pozmaq istədi. Anlamıram axı burada motiv nə idi?! Hansı motivə əsaslanaraq bizim işimizə mane olurdular?! Ekspertizanın nəticəsi də bu günlərdə açıqlandı, bunu ilk dəfə burada qeyd edirəm. Məlum oldu ki, sözügedən meyit qalıqları mərhum şair Mikayıl Müşfiqə aiddir”.

Jurnalist Eynulla Fətullayev həmkarı Ləman Əliəşrəfqızının “Axı yazırdılar ki, jurnalist Eynulla Fətullayev düzgün etmir. Sümüklərin çıxarılması üçün məhkəmə qərarı olmalıdır” sualını isə belə cavablandırıb: “Quba məzarlığı aşkarlanan zaman məhkəmə qərarı var idimi? 1941-1945-cı illərdə bütün Rusiya meşələrində partizan meşələri aşkarlanıb. Bütün bunlar Rusiya məhkəməsinin qərarı ilə olubmu?!”.

Şərhlər

XƏBƏR LENTİ