SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bəstəkar-deputatın Qızıl Aypara Cəmiyyəti“qocalar evi”nə çevrilib? - Yeyinti ittihamları...

Bəstəkar-deputatın Qızıl Aypara Cəmiyyəti“qocalar evi”nə çevrilib? - Yeyinti ittihamları...

Tarix:

16-10-2018, 18:43

/ 2 192 dəfə oxundu.
Bəstəkar-deputatın Qızıl Aypara Cəmiyyəti“qocalar evi”nə çevrilib? - Yeyinti ittihamları...

Bəstəkar-deputat, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan nadir hallarda mətbuatın gündəminə gələr. İsmayıllıdan millət vəkili olan istedadlı insanın bəstələdiyi musiqiləri də çoxumuz sevə-sevə dinləyərik. Onu deputatlıq fəaliyyətindən şikayətlər də son zamanlarda rastımıza çıxmayıb. Görünür, seçicilərlə mütəmadi təmasdadır.
Lakin N.Aslandan narazılıq onun Qızıl Aypara Cəmiyyətində kadrlara olan münasibəti ilə bağlıdır.

Cahan.info BakuNews.az-a istinadən xəbər verir ki, Cəmiyyətin rəhbərliyi “Əmək pensiyaları haqqında” Qanunun tələblərini pozur.

Bu qanun pozuntusu ondan ibarətdir ki, Cəmiyyətin Ağdam təşkilat rəhbəri Firuzə Əliyeva yaş senzinə görə hələ də təqaüdə çıxarılmayıb. Qanuna əsasən 65 yaşına çatmış şəxslər mütləqdir ki, həmin müəssisə tərəfindən təqaüdə çıxarılsınlar. Dövlət qulluqçusu olub-olmamasından asılı olmayaraq mövcud maddə hər kəsə şamil edilir.

Saytın yazdığına görə, Cəmiyyətin Ağdam bölməsinin rəhbəri olan yaşlı qadını yerində tapmaq auzun müddətdir müşkülə çevrilib. Nəzərə alsaq ki, Ağdamın 3/2-si işğala məruz qalıb və bu ərazidə yaşayan insanlar həssas təbəqəyə aiddir.

O halda daha ciddi mənzərə ortaya çıxır. Lakin məsələnin ciddiliyi artıq yaşı ötmüş, nəinki nəvələrinə, hətta nəticələrinə qayğı göstərmək mərhələsində olan bir xanımı qətiyyən narahat etmir. Bəs görəsən Cəmiyyət rəhbəri Novruz Aslanı nədən narahat etmir?

Bu təşkilata gənc, çevik, potensialı olan bir kadr təyin olunmalıdır. Üstəlik, düşmənlə sərhəddə olan regiondan söhbət gedirsə, N.Aslan məsələyə həssaslıq göstərməlidir.

Özünü dövlətin təhsil siyasətinin tərəfdarı kimi təqdim edən Cəmiyyət sədri Novruz Aslanın yaşlı bir xanıma üstünlük verməsi yalnız “Əmək pensiyaları haqqında” Qanunun tələblərini pozmur, eyni zamanda ölkənin siyasi rəhbərliyinin təhsil siyasətini inkar edir.

Bəyəm ölkədə kifayət qədər normal təhsilli, intellektli, ölkənin həssas təbəqəsi olan məcburi köçkünlərlə işləmək bacarığı olan gənc yoxdurmu? Əlbəttə var. Elə isə nədən hörmətli Novruz Aslan mahnını gənclərə yazır, vəzifəni qocalara verir?

Sözügedən sayt “KİV haqqında” Qanuna əsasən adıçəkilən şəxsinmövqeyini öyrənmək məqsədilə Firuzə Əliyevaya zəng edib. F.Əliyeva 72 yaşının olduğunu bildirib və bundan qəti narahat olmadığını əlavə edib.

Onun sözlərinə görə, Cəmiyyətdə onun kimi yaşlı insanlar çoxdur. “Laura xanım, Aybəniz xanım, Ceyran xanımda kifayət qədər yaşlı insanlardır. Düzdür, mən onlardan daha yaşlıyam, lakin onlarda gənc deyillər. Birdə ki o insanlar kimdir ki, məndən şikayət edirlər?

Cəmiyyətin sədri belə məsləhət bilir, məndə işləyirəm. Düzdür, pensiya haqqında qanunda ədalətsizdir, məni kimi təcrübəli insanlar hələ işləməlidirlər. Mən xarici görünüşcə də yaşımı qətiyyən göstərmirəm. Dünya səviyyəli medallar almışam. Nə üçün mən işləməməliyəm?”

Cahan.info xəbər verir ki, 2007-ci ildə Azərbaycanda "Qızıl Aypara Cəmiyyəti haqqında" Qanun da qəbul olunub. Həmin qanuna istinadən deyə bilərik ki, hər il martın 10-u ölkədə "Qızıl Aypara Günü" kimi qeyd olunur.

Bəs əslində, biz həmin gün də nəyi və kimin gününü qeyd edirik? Ümumiyyətlə, belə bir qurumu Azərbaycan Cəmiyyətində tanıyanlar kimlərdir? Yaxud, ölkə cəmiyyətində Azərbaycan Qızıl Aypara Cəmiyyətini necə və nəyinə, hansı işinə, xidmətinə görə tanıyırlar?

Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında qanuna nəzər saldıq ki, görək sədri uzun illərdir millət vəkili olan, şair-bəstəkar Novruz Aslan olan bu qurum nə işlə məşğul olmalı, dövlətin qayğısı əvəzində dövlətə hansı dəstəyi verməlidir.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Federasiyası tərəfindən Qızıl Aypara Cəmiyyətinə Hacıqabulun Nəvai kəndinin seldən zərər çəkmiş insanlarına yardım üçün ayırdığı 120.977 ABŞ dolları vəsait hara qeyb olub?

Bu suallarla “Təzadlar” qəzetində Eldar Sabirabadlı yazmışdı. BVM illərində Qızıl Aypara Cəmiyyəti əməkdaşlarını və ya könüllülərini yaralı əsgərin yanında, qan itirənin yarasının bağlanmasında və ona yardım edilməsində, bir də aclıq və səfalətdən əldən düşüb çarəsiz durumda olanların yanında görmüşük. Həm də eşitmişik. İndi həmin o gördüklərimiz filmlərin solğun yaddaşında ilişib qalıb.

Azərbaycan da 20 ilə yaxındır erməni faşistləri ilə müharibə aparır. Hər gün atışma, az qala hər gün yaralanan, ölən insanlar, əsgərlər... Amma çox təəssüflər olsun ki, bu gün çarəsizlərin yanında olmalı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvlərini müharibədən zərər çəkən həmin ailələrin yanında görürük. Niyə?

...Çox istərdik ki, təqdim edilən bu araşdırma yazısını kiməsə qarşı qərəzli qəbul etməsinlər. Biz Azərbaycan cəmiyyətinin hər bir üzvünün, hər bir QHT-sinin, hər bir vəzifəlisinin bu dövlətin qayğılarına çiyin verməsini istəyirik. O cümlədən də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədrinin də, səmiyyətin idarə heyətində təmsil olunanların da.

Bəli, hesabat xatirinə bərbəzəkli rəqəmləri, cümlələri cəmiyyətin saytında yerləşdirmək olar, bu göstəricilərdən qürur duymaq da. Bu səmiyyətin təəssübünü çəkən hər kəsin halal haqqıdır. Amma biz çalışmalıyıq ki, ya olduğumuz kimi görünək, ya da göründüyümüz kimi olaq! Azərbaycan cəmiyyəti isə, biz də bir üzvü olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətini olduğu kimi görmürüksə, başqa nə deyək.

Bizə təqdim edilən sənədlərdən də görürük ki, hər il cəmiyyətin gəlirləri də pis olmur. Məsələn, təkcə 2009-cu ildə Təhlükəsiz Oyun Meydançası proyektindən (Almaniya QX) 50 700,00 manat, Fandreyzinqdən (ianə qutularından), təşkilatlardan və ayrı - ayrı şəxslərdən 268 010,80 manat, dövlət büdcəsindən 75 min manat, 39 580,60 manat isə digər mənbələrdən olmuşdur.

Sənəddə qeyd olunur ki, AzQAC üzrə ümumi mədaxil hesabat dövründə aşağı düşüb. Məsələn, əgər 2008-ci ildə 650. 5 min manat yığılıbsa, 2009-cu ildə bu rəqəm 323.4 min manat olub.

Amma maraqlıdır ki, "Hesabat dövründə əvvəlki ilə nisbətən Dövlət büdcəsi hesabına maliyyəşmənin həcmi artmışdır və əyər mədaxil vəsaitin 2008-ci ildə 33%-ni təşkil edibsə, 2009-cu ildə -39% təşkil edib (Rəqəm açıqlanmır-red.).

Həmçinin cəmiyyətin "İnkişaf" programı çərçivəsində Ucarda "Quşçuluq", Mingəçevir rayonunda EXO aparatı, İnternet və kompyuter kursları, Sumqayıtda internet klubu, Bakının Nərimanov rayonunda "Gözəllik salonu", Nəsimi RB UZİ aparatı, İsmayıllıda "Diş kabineti" kimi gəlir gətirmə təsərrüfatları da fəaliyyət göstərir və əldə edilən gəlir bölmələrin müəyyən xərclərin ödəməsinə sərf olunur".

Hesabatda daha bir maraqlı məqam yer alıb: "...Şəxsi ianələr 8.7 min manat təşkil edib. Rayon və şəhər bölmələri üzrə yığılan vəsait 2008-ci ildə 743.2 min manat, 2009-cu ildə 691.1 min manat təşkil edib".

Bəs Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nizamnaməsinə və məramnaməsinə uyğun fəaliyyəti niyə gözdən və könüldən uzaq düşüb? Cəmiyyəti ərköyün edən səbəblər hansılardır? Niyə indiyədək mətbuatda "Kömək istəyirəm" başlıqlı elanların məzlum və köməksiz sahibinə Qızıl Aypara Cəmiyyətindən yardım edilməyib?

Niyə "Ona kömək lazımdır" çağırışlı elan sahibinə nə vaxtsa arxa durulmayıb.

Hörmətli millət vəkilinin müsahibəsini və məsələlərə aydınlıq gətirməsini redaksiya olaraq məmnuniyyətlə dərc etməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ