SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 10 saylı Sumqayıt Peşə Liseyində ŞOK MAXİNASİYA

10 saylı Sumqayıt Peşə Liseyində ŞOK MAXİNASİYA

Tarix:

2-03-2017, 21:14

/ 8 476 dəfə oxundu.
10 saylı Sumqayıt Peşə Liseyində ŞOK MAXİNASİYA

Bu günlərdə redaksiyamıza 10 saylı Sumqyıt şəhər Peşə Liseyin ilə bağlı maraqlı məlumatlar daxil olub.

Belə ki, peşə məktəbində baş verən qaranlıq məqamlar sözünhəqiqi mənasında hər birimizi şoka saldı. Xatırladaq ki, dövlət büdcəsindən texniki peşə təhsilinə ötən il 20 milyon manat ayrılsada həmən vəsaitin hara yönəldiyi məlum deyil.
Əldə etdiyimiz informasiyalara görə, 10 saylı Sumqayıt Peşə Liseyin direktoru Filman Adıgözəlov rəhbər olduğu müəssisədə bütün avadanlıqları sataraq öz şəxsi hesabını artırıb. Ötən il Təhsil Nazirliyi məsələ ilə bağlı yoxlamalara star verdi. Beləliklə məlum oldu ki, Filman Adigözəlov peşə məktəbinə aid stol-stul, kompiyutor və digər lazımı ləvazimatları satıb. Nazirliyinin nümayindəsi bütün qanunsuzluqlara akt tərtib edərək Sumqayıt şəhər prokurorluğuna göndərib.
Əldə etdiyimiz son məlumatlara görə, dövlətə küllü miqdarda ziyan vuran Filman Adigözəlov azadlıqdadır. Güya, satdığı dövlət əmlakını geri qaytarmaq fikrindədir. Lakin bu heç də belə deyil. Mənbə iddia edir ki, dövlətimizin peşə liseyləri üçün təşkil etdiyi stol-stul olduqca qiymətli və keyfiyətli olub. Peşə məktəbindən məlumat verən mənbə onu da vurğuladı ki, qaytarılan bütün ləvazimatlar işlək vəziyyətdə olub və məktəbə yarasızdır. Əslində, Filman Adigözəlovun yol verdiyi ciddi nöqsanlar cinayət xarakterli işdir və dərhal dövlət əmlakını mənimsədiyi üçün həbs edilməlidir. Görünür, “qəhrəman” direktor tapşırıqları hələ tam yerinə yetirməyib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə və Sumqayıt şəhər prokurorluğuna rəsmi məktub ünvanlayacağıq. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Məqalədə adı hallanan şəxsin mövqeyini dərc etməyə hazırıq.

dosye.az

10 saylı Sumqayıt Peşə Liseyində ŞOK MAXİNASİYA
10 saylı Sumqayıt Peşə Liseyində ŞOK MAXİNASİYA

Şərhlər

XƏBƏR LENTİ