SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nəsibov evdən çıxdı, qayıdıb nə evini yerində tapdı, nə əşyalarını…

Nəsibov evdən çıxdı, qayıdıb nə evini yerində tapdı, nə əşyalarını…

Tarix:

26-07-2018, 17:48

/ 1 335 dəfə oxundu.
Nəsibov evdən çıxdı, qayıdıb nə evini yerində tapdı, nə əşyalarını…

Bakıda tikinti-söküntü qalmaqallarının ardı-arası kəsilmək bilmir

Tikinti şirkəti ilə evindən köçmək istəməyən sakinlər arasında daha bir qarşıdurma Səbail rayonu, Nizami küçəsi 4, mənzil 4-də (Axundov heykəlinin yaxınlığı) qeydə alınıb.

“Pilot Residence” MTK onun şərtlərlə razılaşmayan Nəsibovlar ailəsinin evdə olmamasından istifadə edərək iyulun 8-də 7 otaqlı, 2 mərtəbəli evi yerlə-yeksan edib. Evin sahibi Muxtar Nəsibov 18 gündür mənzilindəki təxminən 20 min manat dəyərində olan əşyalarının yerini öyrənə bilmir.

Nəsibov virtualaz.org-a başlarına gələnlər haqda danışıb. Şikayətçinin sözlərinə görə, şirkət premium yaşayış kompleksinin tikintisi üçün Nizami küçəsində 70-ə yaxın ev söküb. Onun təxminən 112 kvadratmetr sahəsi olan evini də ölçüb-biçiblər, evin yerində tikiləcək binada mənzil təklif olunub. Amma divarların qalınlığını çıxaraq evin faktiki sahəsinin 25 kvadratmetr az göstərilməsi Nəsibovu narazı salıb.
“Şəhərin mərkəzində bütün sənədləri qaydasında olan iki mərtəbəli evin qiyməti hamıya bəllidir. 20 ildir bu mənzildə yaşayıram, üçüncü mərtəbənin tikintisi üçün rəsmi icazə sənədi də almışdım”, -Nəsibov əlavə edir.
Nəsibovlar şirkət tərəfindən tikilən premium yaşayış kompleksində kommunal xidmət haqqlarının bahalığı, mənzilin faktiki sahəsindən daha az sahəsi olan mənzil təklif edilməsi səbəbindən şirkətlə razılığa gələ bilməyiblər. Sonra şirkətin nümayəndələri ilə təkrar görüş olub, Muxtar Nəsibova deyiblər ki, narahat olmasın, onun evi plana düşməyəcək.
Nəsibov da küçənin hasarlanması və söküntü zamanı toz-dumana görə 4 nəfərlik ailəsi ilə birgə müvəqqəti kirayəyə köçüb. Amma 20 gündən sonra evin yerində uçulub-dağılmış daş-divar görüb. O. dərhal ərazi üzrə sahə müvəkkilinə və Səbail rayonu 9-cu polis bölməsinə şikayət edib. Amma indiyədək evindəki məişət əşyalarının harada olduğu müəyyənləşdirilməyib.
Nəsibov “Pilot Residence” MTK-nı məhkəməyə verərək evinin yenidən tikməsi tələbi ilə iddia qaldırıb. Onun sözlərinə görə, şirkət mənzilləri dövlət ehtiyaclarına görə almır, hətta belə olduqda evinin söküntüsü üçün məhkəmənin qərarı olmalı idi.

“Şəxsi əmlakıma qəsb edilib, əşyalarım yoxa çıxıb. Şirkət buna görə cəzalandırılmalıdır. Mənzil və Mülkü Məcəllənin tələblərini pozulub”, -şikayətçi bildirib.

Şirkətin rəsmi səhifəsində isə Nizami küçəsi 4-dəki binalarda tikiləcək olan mənzillərin satış elanları yerləşdirilib. Nəsibovun şikayətinə münasibət öyrənə bilmək üçün gün ərzində dəfələrlə şirkətin ofisinə zəng vurduq. Şirkətin özünü təqdim etməyən qadın əməkdaşı şikayətçinin ittihamları ilə bağlı suallara yalnız şirkət rəhbərliyinin cavab verə biləcəyini, rəhbərliyin isə “sabah günortadan sonra” işə gələcəyini bildirib.

virtualaz.org
Nəsibov evdən çıxdı, qayıdıb nə evini yerində tapdı, nə əşyalarını…
Nəsibov evdən çıxdı, qayıdıb nə evini yerində tapdı, nə əşyalarını…

Şərhlər

XƏBƏR LENTİ