SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yayda hansı şirkətlərin kolbasa-sosiskalarını yemək təhlükəlidir? – Müdhiş siyahı

Yayda hansı şirkətlərin kolbasa-sosiskalarını yemək təhlükəlidir? – Müdhiş siyahı

Tarix:

20-07-2018, 11:58

/ 3 733 dəfə oxundu.
Yayda hansı şirkətlərin kolbasa-sosiskalarını yemək təhlükəlidir? – Müdhiş siyahı

Yay mövsümündə kolbasa-sosiska məhsullarına tələbat kəskin şəkildə azalır. Sərin havalarda keyfiyyətinə şübhə olan bu məmulatlara istilərdə yaxın düşmək olmaz.

Mediaya istinadən hazırladığımız materialda məlum olur ki, ötən 6 ay ərzində “Ovçular”, “Səhliyalı”, “Kral”, “Ovqat”, “Lider” və s. şirkətlər barəsində xoşagəlməz məlumatlar yayılıb.

Mətbuatda adı çəkilən firmaların istehsal etdiyi kolbasa və sosiska məmulatlarının keyfiyyətsiz olduğu, halal ətdən hazırlanmadığı, müxtəlif xəstəlilər yaradan qatqılar vurulduğu yazılıb.

Media üzərindən aparılan araşdırmalar zamanı məlum oldu ki, kolbasa şirkətləri vətəndaşları hər addımbaşı aldadır və nəzarət ən aşağı səviyyədədir. Bu baxımdan “Ovçular” firmasının da adı etibarlı istehsalçılar arasında keçmir.

“Lider”in kolbasa məhsullarının tərkibinə xərçəng xəsətliyi yaradan nitrit maddəsi qatıldığı barədə iddialar mətbuatda yayılmışdı.

Mediada gedən yazılarda deyilirdi ki, natrium nitrit NaNO2 (E250) kolbasanın saxlanma müddətini artırmaq, qızardıcı rəng vermək məqsədi daşıyır.

Bu maddə bir çox hallarda onkoloji xəstəliklərə yol açır, zəhərlənməyə, hətta ölümə gətirib çıxarır.

Xüsusilə, azyaşlı üşaqlar üçün tərkibində natrium nitrit olan qidaları qəbul etmək təhlükəlidir. NaNO2 (E250) onlarda sinir xəstəlikləri yaradır.

“Kristal CF” kolbasa məhsullarının halal olmadığı, donuz piyindən istifadə edildiyi də dövlət orqanları tərəfindən rəsmi şəkildə açıqlanıb.

Bir neçə il əvvəl İqtisadiyyat Nazirliyinin yoxlaması zamanı müəssisədə istehsal olunan “CF” və “Kristal” əmtəə nişanlı ət məhsullarının tərkibində donuz əti və piyi aşkarlanmışdı.Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şirkəti 5000 manat cərimələmişdi.

Axar.az isə yazmışdı ki, “CF” kolbasaları Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır.Ona görə də firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola bilər.

Mediaya istinadən hazırladığımız materialda məlum olur ki, "Səhliyalı” şirkətinin "Halal nemət, 1000 bərəkət” markalı məhsulundan siçan nəcisi çıxması da bu şirkətə də inamı azaldıb.

İnternetdə bu müəssisə ilə bağlı kiçik bir araşdırma aparan zaman "Səhliyalı” şirkətinin leş ətlərdən geninə-boluna istifadə etdiyi iddiası ilə rastlaşmaq olar.

Hətta, şirkətin qoca, südsüz heyvanların ətindən istifadə etdiyi bildirilir. Bir ara "Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd çıxması xəbəri da vardı. “Səhliyalı” şirkətinə aid “1000 bərəkət, halal nemət” markasının kiflənmiş kolbasası da aşkarlanmışdı.

Hətta rəsmi “Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır.

Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir.

Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur.

Qəzetin yazdıqlarına görə, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır.
Çəkilmişə farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın.

Bir müddət əvvəl "Ovqat” şirkətinin istehsalı olan "Maşa və medved” kolbasasının içindən milçək çıxmışdı.

Şirkətin rəhbəri Anar Rzayev isə bu işin məqsədli şəkildə təşkil olunduğunu bildirmişdi. Hətta müəssisənin qapılarının mediaya açıq olduğunu söyləmişdi.

Bir qədər sonra "Ovqat” şirkəti barədə yeni iddialar meydana çıxdı. Saytlar yazırdı ki, «Ovqat»ın məhsulları bir sıra onkoloji xəstəliklərə yol açır.

"Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir.

Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır.

Azərbaycanda ətin qiyməti gündən-günə bahalaşsa da, ət məhsulu hesab edilən kolbasa və sosiskaların qiymətində heç bir artım müşahidə edilmir. Sümüklü ətin qiyməti təxminən 12-15 manat arasında dəyişir.

Piştaxta arxasında isə hətta 4 manata da kolbasa tapmaq olar. Xüsusən də, 8-ci kilometr bazarı ətrafında böyük və keyfiyyətsiz kolbasa biznesi qurulub.

Ancaq yayın istisində hansı kolbasanı yemək məsələhətdir deyibən internetdə maraqlansaq, adamı vahimə bürüyür. Yaxşısı, yeməməkdir...

Bütün tərəflərin mövqeyini dinləməyə hazırıq.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ