SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qərb Universitetinin müəllimləri yenidən od püskürdü

Qərb Universitetinin müəllimləri yenidən od püskürdü

Tarix:

11-06-2018, 16:25

/ 11 940 dəfə oxundu.
Qərb Universitetinin müəllimləri yenidən od püskürdü

Kluarlarda bu universitetin fəaliyyətinə xitam veriləcəyi barədə məlumatlar dolaşır

Qərb Universitetinin müəllimləri yenidən od püskürdü

07 iyun tarixdə bir sıra Kiv-də Qərbi Kaspi (Qərb Universiteti) Universitetinin bir qrup keçmiş müəllimi bu universitetdəki qanunsuzluq və özbaşnalıqlarla bağlı məhkəməyə müraciət etdiyi və nəhayət 4-cü Məhkəmə baxışında uzun illər əmək haqqını və məzuniyyət pullarını ala bilmədikləri ilə bağlı iddialarının Səbail Məhkəməsi tərəfindən təmin olunmadığı bildirilmişdi..

Etibarlı mənbənin verdiyi məlumata görə, müəllimlər ilk öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. ƏƏSM müəllimlərin şikayəti əsasında Qərbi Kaspi (Qərb Universiteti) Universitetini cərimələmiş və şikayətçilərə Məhkəməyə verib ədaləti bərpa etmək hüquqlarının olması barədə məktub ünvanlayıb.

Müəllimlərin bildirdiyinə görə, Universitetin faktiki sahibi Hüseyinqulu Bağırov ƏƏSM-in keçmiş rəisi Səlim Müslümovla danışdıqdan sonra qanunsuz olaraq onun ləğv olunmasına nail olub. Amma bu qərarla tərəfləri tanış etməyiblər. Müəllimlər bu nazirlikdə olanda şöbə müdiri Elşən Tağıyev bildirib ki, Hüseyinqulu Bağırovun müdaxiləsindən sonra bacara bilmədik (?) Həmçinin şöbə müdiri bildirib ki, müəllim kimi onların müstəqil şəkildə məhkəməyə müraciət etmək hüquqları var. Qanun müəllimlərin tərəfindədir...

Bunun əsasında Səbail Məhkəməsinə müraciət edən müəllimlərin işinə hakim Mədinə Bağırova baxıb. Qərbi Kaspi (Qərb Universiteti) Universitetində uzun illər əvəzçi müəllim kimi işləyən müəllimləri saxta düzəldilmiş sənədlərlə saathesabı kimi qeydə alan məhkəmə hakimi M.Bağırova iddianı təmin etməyib. Anaxeber.Az yazır ki, müəllimlər isə hakim barəsində Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına müraciət ediblər.

Qərbi Kaspi Universitetinin yazılı cavabı saytımızın elektron poçtuna gəlib. Müəllimlər yalanlar üzərində qurulan təkzib xarakterli yazını oxuyan kimi saytımıza sanki od püskürdülər. Onlara görə, biz saathesabı yox, əvəzçi müəllim işləmişik. Bizim Universitetlə bağladığımız müqavilə məhkəmə prosesinə gətirilə bilmədi. Yalnız kompüterdə saxta kompilyasiya edilmiş nüsxələrdə də bir neçə xətlə yazılmış əsası olmayan "yalançı" saxta sənəd verdilər. (Surətini təqdim etməyə və saxta olduğunu sübut etməyə həmişə hazır olduqlarını bildirdilər)

Müəllimlər oriqinal müqavilə tələb etdikdə Universitetin vəkili bildirib ki, Arxivlər İdarəsinə vermişik, onu əldə etməyə 2 həftə lazımdır. Lakin bu saxta sənəd (oriqinalı olmayan "müqavilə" ) nəhayət Məhkəmə prosesinə gətiriləndə Arxivlər İdarəsindən deyil, universitetin özündən "gəldi".

Yəqin ki, hakim Mədinə Bağırovanın onları "başa salması" nəticəsində guya 2017-ci ildə su kranı partlamış və sənədlər yararsız hala düşmüşlər. Və akt tərtib edilmişdir. Yalandan hazırlanan akta görə guya su kranının partlaması nəticəsində sənədlərin yarasız olduğu bildirilib. Sual olunur: sənədin (müqavilənin) oriqinalı xarab olubsa, bəs kserokopiya hardan əldə edilmişdir ?! Müəllimlərə görə, saxtakarlıq Qərb Universitetinin rəhbərlərinin mahiyyətinə xasdır.

Qaldı ki, Qərb Universitetindən uzaqlaşan müəllimlər rəhbərliyin (tələbələri kəsin, Universitetə xeyir verin ) haram, qeyri-qanuni tələblərini rədd etdikləri üçün özləri uzaqlaşıblar. Etibarlı mənbə, universitetdə həmişə elmi dərəcəsi olmayan, saxta elmi adlarla dərs deyən müəllimlərin işlədiyini bildirir. Əslində bu Universitetin uzun illər rektoru olmuş Zemfira Məmmədova elmi dərəcəsi olmadan özünü dosent etmişdir. Xatırladaq ki, dosent elmi adını Azərbaycan Respublikasında Prezident yanında Ali Attestasiya Komissiyası verir.

Müəllimlər Səbail Məhkəməsinin qərarından Apellyasiya vermək, həm də hakim Mədinə Bağırovadan Məhkəmə Hüquq Şurasına şikayət etməyi planlaşdırırlar. Qəribədir ki, hakim məhkəmə qətnaməsini müxtəlif səbəblərdən yubadır və hazır olanda özümüz xəbər verərik deyə, baş aldadır... Xatırladaq ki, Qərbi Kaspi (Qərb Universiteti) Universitetinin fəaliyyət üçün lisenziyasının vaxtı bitib. Kluarlarda bu universitetin fəaliyyətinə xitam veriləcəyi barədə məlumatlar dolaşır.

Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ