SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ABİD ŞƏRİFOVUN BACISI QIZI MÜƏLLİMLƏRİ»TAS»A OTURDUB

ABİD ŞƏRİFOVUN BACISI QIZI MÜƏLLİMLƏRİ»TAS»A OTURDUB

Tarix:

16-05-2018, 09:21

/ 1 672 dəfə oxundu.
ABİD ŞƏRİFOVUN BACISI QIZI MÜƏLLİMLƏRİ»TAS»A OTURDUB

ŞAGİRDLƏRİN DÖYÜLDÜYÜ MƏKTƏBİN DİREKTORU HİMAYƏDARINI İTİRİB, AMMA…

May ayının ilk günlərində xəbər yayıldı ki, yeni təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin 1-ci sinif şagirdi Nuray Quliyevanın sinif rəhbəri tərəfindən döyülməsi məsələsini şəxsən araşdırıb. Əvvəlcə uşağın anası Nazirliyə dəvət olundu. Ardından nazir özü və Nazirliyin bir əməkdaşı məktəbə təşrif buyurublar. Müşahidə kameralarının görüntüləri çıxarılıb, valideynlə bərabər izlənilib və müəllimənin həmin şagirdi, eləcə də əvvəlki tarixlərdə digərlərini döydüyü üzə çıxıb.
O görüntülərdən sonra elə valideynin yanındaca müəllimənin şiddətli töhmətlə işdən qovulmasına və ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırılmasına qərar verilib.

Xatırladaq ki, həmin uşağın qələminin mürəkkəbinin partanın üzərinə tökdüyü üçün müəllimə tərəfindən döyüldüyü sosial şəbəkədə yayılmışdı. Mətbuatın valideynın bu paylaşımına biganə qalmaması məsələnin böyüməsinə səbəb olmuşdu.

Qeyd edək ki, şagirdlərin şiddətə məruz qalması 189-190 saylı məktəbdə yeganə neqativ hal deyil. Burada qanunsuzluqlar başqa təhsil müəssisələrində olduğundan da çoxdur. Belə ki, repetitor kimi fəaliyyət göstərən müəllimlərdən direktor hazırlaşdırdıqları hər şagirdə görə 15 manat rüşvət alır. Halbuki, eyni neqativ halın cərəyan etdiyi başqa məktəbdə bu kəmiyyət 10 manat göstərilir. Direktorun «sağ əli» Aida xanım birinci sinifə qəbul üçün uşaqların valideynindən 50-100 manat tələb edir.

Bu məsələdə bir sual açıq qalır: İnandırıcı deyil ki, müəllimənin uşaqdöyən olmasından məktəbin direktorunun xəbəri olmasın. Necə ola bilər ki, müəllimə işdən və sistemdən qovulduğu halda direktor Ceyran Qasımovaya adi töhmət belə verilməyib? Səbəblər sırasında biri, birincisi və bəlkə də yeganəsi C.Qasımovanın baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızı olduğu göstərilir. Söz yox, Şərifov nazir müavini vəzifəsini itirsə də, nəhəng biznes imperiyasını qoruyub saxlaya bilib. Ola bilsin ki, təhsil naziri hələ ki gözləməyə, hökumətdəki kadr dəyişikliklərini müşayiət edən assosiasiyaları müşahidə etməyə qərar verib. Gözləniləndir ki, Şərifovun qol qoyduğu işlər araşdırılsın və ortaya çıxan nəticələr onun cəmiyyətdəki nüfuzunun daha da zəifləməsinə səbəb olsun. Təbii ki, belə olacağı təqdirdə baş verənlər Şərifovun qohumlarına da təsirsiz ötüşməyəcək.

DERYAZ.AZ

Şərhlər

XƏBƏR LENTİ