SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əli İnsanovun adı əfv siyahısına salındı

Əli İnsanovun adı əfv siyahısına salındı

Tarix:

17-02-2017, 19:07

/ 2 477 dəfə oxundu.
Əli İnsanovun adı əfv siyahısına salındı

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. İclasda əfvlə bağlı müraciətlərə baxılmasına başlanılıb

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Məlumatlara görə, həmin vaxta qədər daha bir neçə iclas keçiriləcək və 800-dən çox müraciətə baxılacaq.

Qeyd edək ki, prezident İlham Əliyevin Pentensiar Xidmətlə bağlı verdiyi son sərəncamda da cəzaların hümanistləşdirilməsi nəzərdə tutulur.

Bəs hazırlanan əfv siyahısında Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı varmı?

Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlamasında deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb:

“Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq. Hər-halda müzakirələr davam edəcək və siyahı ölkə rəhbərliyinə təqdim olunacaq. Hansı qərarların veriləcəyini indidən demək çətindir”.

Şərhlər

XƏBƏR LENTİ