yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Grand Hospital”da ölən qızın atası: Həkim bizimlə üz-üzə gəlməkdən qaçır

“Grand Hospital”da ölən qızın atası: Həkim bizimlə üz-üzə gəlməkdən qaçır
14-12-2017, 12:15 354 dəfə baxılıb

“Həkim İlqar Hüseynovun cəzalandırılması üçün əlimdən gələni edəcəm. Bu gün mənim övladım həkim məsuliyyətsizliyinin qurbanı olub. Yol verə bilmərəm ki, sabah başqalarının övladı da həkim savadsızlığının qurbanı olsun”.
Bunu Modern.az-a açıqlamasında bir neçə gün bundan qabaq “Grand Hospital” xəstəxanasında dünyasını dəyişən 20 yaşlı Ayşən Mirzəyevanın atası Müşfiq Mirzəyev əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynovun işinə münasibət bildirərkən deyib.
Müşfiq Mirzəyevin sözlərinə görə, həkim telefonlara cavab vermir.
“Hadisədən sonra həkim bizimlə üz-üzə gəlməkdən qaçır. Telefonlara da cavab vermir. Bu gün ata-anası bizimlə barışığa gəlmək istədiklərini söylədilər. Amma biz buna razı olmadıq. Övladımın ölümündə o həkim günahkardır. Elədiyi cinayətə görə heç üzr də istəməyib. Ən böyük istəyim onun cəza almasıdır. Başqa heç nə istəmirəm”.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Bakıda “Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib. Mərhumun valideynləri əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynovun cəza almasını istəyirlər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: olen, Hospitalda, bizimle, Hekim, Grand, qachir, qizin, uz uze, atasi, gelmekden
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ