SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İnternet təminatında fasilələr yarana bilər

İnternet təminatında fasilələr yarana bilər

Tarix:

14-11-2017, 17:10

/ 24 405 dəfə oxundu.
İnternet təminatında fasilələr yarana bilər

İnternet təminatında fasilələr yarana bilər.
"Bakı Telefon Rabitəsi" MMC-dən Trend-ə verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.

Şərhlər

XƏBƏR LENTİ