yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Prezident hər an əfv sərəncamı imzalaya bilər” - Əfv Komissiyasının üzvü

“Prezident hər an əfv sərəncamı imzalaya bilər” - Əfv Komissiyasının üzvü
2-11-2017, 13:33 55 135 dəfə baxılıb

Əfv sərəncamının verilməsi ölkə prezidentinin səlahiyyətinə daxildir. Prezident hər zaman əfv sərəncamını imzalaya bilər.

Bu barədə Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı məlumat verib.

Komissiya üzvü bildirib ki, bu il prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərancam imzalayıb.

“İmzalanan sərəncam möhtərəm Prezident İlham Əliyev cənablarının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Komissiyasının Katibliyinə davamlı olaraq müraciətlər daxil olmaqdadır. Müraciətlər məhkumlar, onların vəkilləri, ailə üzvləri tərəfindən daxil olur. Müraciətlər araşdırılır, müvafiq rəylər alınır, təhlillər aparılır. Həmçinin zərərçəkmiş şəxsin narazı olub-olmadığı araşdırılır. Bu çox vacib məsələdir. Komissiyanın üzvü olaraq mənə əfs sərəncamından bu yana 20-dən çox müraciət daxil olub. Digər üzvlərə də müraciətlər olur. Ümumilikdə müraciətlərin sayı barədə isə məlumatım yoxdur. Hesab edirəm ki, əfv sərəncamının imzalanmasını Yeni il bayramı , Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər bayramlarla bağlamaq düzgün deyil. Prezident hər zaman əfv sərəncamını imzalaya bilər. Sərəncamının verilməsi prezidentinin səlahiyyətinə daxil olduğuna görə indidən dəqiq fikir söyləmək olmaz, amma hər halda gözləyək”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: imzalaya, efv, Komissiyasinin, biler, Prezident, serencami, her, uzvu, , an, Efv
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ