yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakıya intensiv yağış, rayonlara qar yağacaq

Bakıya intensiv yağış, rayonlara qar yağacaq
16-10-2017, 12:39 63 092 dəfə baxılıb

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Oktyabrın 17-də arabir yağış yağacağı, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əksər rayonlarda yağıntının tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 7-11, gündüz 15-18, dağlarda gecə 0-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 16-sı gündüzdən 17-si axşamadək Abşeron yarımadasında havanın təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi və yağışlı hava şəraiti fonunda temperaturun aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qar, yagacaq, rayonlara, intensiv, yagish, Bakiya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ