SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahibkarlar Beyləqanda aksiya keçirəcək- PREZİDENTƏ MÜRACİƏT

Sahibkarlar Beyləqanda aksiya keçirəcək- PREZİDENTƏ MÜRACİƏT

Tarix:

5-02-2017, 13:09

/ 2 411 dəfə oxundu.
Sahibkarlar Beyləqanda aksiya keçirəcək- PREZİDENTƏ MÜRACİƏT

Azərbaycan Pespublikasının Prezidenti cənab ilham Əliyevə

Sürəti: H. Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevaya

Sürəti: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədova

Sürəti: Beyləqan Rayon İcra Hakimiyyətininbaşçısı cənab Vaqif Abdullayevə

Sürəti: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rafael Pəsiyevə

Beyləqan şəhəri, keçmiş “Dostluq” savxozu ərazisində yaşayan bir qrup sakinlər adından

Şikayət ərizəsi

Möhtərəm cənab prezident, hörmətli cənablar! Bildiririk ki, Beyləqan KTİM MMC-nin direktoru Çərkəz Şirinovun qanunsuz işləri barəsində dəfələrlə yazılmasına və yuxarı qurumlara müraciətlər olunmasına baxmayaraq Beyləqan rayon İcra Hakimiyyətində və Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Tofiq Qocayev kimiləri hələ də onu müdafiə edir.

Çərkəz Şirinovun qanunsuz işləri barəsində bir neçəsinə diqqət edin:

2016-ci ilin aprelində iki sovxoz ləgv edilərək bir müəssisə yaradıldı. Qanunla yeni yaradılmış müəssisə ləğv edilmiş iki müəssisənin işçilərindən işə qəbul edilməli idi. Lakin, Çərkəz Şirinov ləğv edilmiş “Dostluq” sovxozunun idarə işçilərindən bir nəfər də olsun işə götürməmişdir. Çərkəz Şirinov “yeni qaydalar” əsasında işçilər işə götürmüşdür.

1. Baş Mühasib-heç bir ali təhsili olmayan:

2. Ferma müdiri öz bacısı oğlu hərbidən olmayıb və ali təhsili yoxdur:

3. Baş zootexnik məktəbdə hərbi müəllimi işləyir:

Ərazidə yaşayan vətəndaşlar öz şikayətlərini müəssisənin rəhbərinə çatdırmaq üçün Çərkəz Şirinovu ya Beyləqan polis şöbəsinin yaxınlığımdakı çayxanalarda, ya da Seysmoloji mərkəzin Beyləqan filialında tapmaq olur. Çərkəz Şirinov direktor kimi öz kabinetində olmur.

Çərkəz Şirinov 2016-cı ilin aprel-may aylarında müəssisənin torpaqlarından pambıq zavodlarına pambıq əkmək üçün 300 hektar torpaq icarəyə vermişdir. İcarəyəverilən torpaqlardan aldığı icarə haqqları müəssisənin kassasına yox, Çərkəz Şirinovun şəxsi büdcəsinə köçürülmüşdür.

Bu ilin yay aylarında yoncalardan yaxşı gəlir götürdü. Belə ki, 20 min yonca presini müəssisənin anbarına yox, Ağcabədi rayon KAMAZ-larına sataraq, pullarını da mənisməmişdir.

I –ci qrup gözdən əlil Quliyev Rüstəm Simran oğlu 52 il “Dostluq” sovxozunda fəhlə işləyib. Oğlu Quliyev Simran Rüstəm oğluna 1650 manat əmək haqqını hələ də bu günə kimi verməmişdir.

Çərkəz Şirinovun qol qoyduğu qanunsuzluqları, mənimsəmələri saymaqla qutarmaz. Bizim rayonumuz cəbhə bölgəsində yerləşir. Biz hamılıqla bu dövlətə və Prezidentimiz İlham Əliyev cənablarına daim sadiqik.

Nəyət belə bir nəticəyə gəldik ki, Çərkəz Şirinovun bu cür qanunsuz əməlləri barəsində rayonun bir qrup sakinlərinin iştirakı ilə Beyləqan rayon mərkəzində etira aksiyası keçirək. Belə bir dinc aksiyanın keçirilməsi üçün Beyləqan rayon İcra Hakimiyyətidən rəsmi icazə istəyirik.

Cənab Prezident, əhalinin adından xahiş edirik bütün imzaları nəzərə alaraq Çərkəz Şirinovun qanunsuz fəaliyyəti araşdırılmaqla, fəaliyyətindəki qanunsuz əməllərinə görə hüquqi qiymət verilməsi üçün zəruri tədbirlər görülməsinə göstəriş verəsiniz. Kənd Təsərrüfatı Nazirliyi qarşısında məsələ qaldırılsın ki, təhsilli, dünya görüşlü, intellekt səviyyəsi yüksək olan, xalqının, millətinın və dövlətinin qədrini bilən bir nəfər şəxsi müəssisəyə rəhbər təyin etsin.

Odur ki, yazdıqlarımızı imzalarımızla təsdiq edirik:

Quliyev Rüstən Simran oğlu AZE 08992686

İsmayılıov Əliyar Qulam oğlu AZE 08995578

Quliyev Simran rüstəm oğlu AZE 08992691

Hüseynov Yusif Bəylər oğlu AZE 00086595

Həsənov Rahir Əfqan oğlu AZE 09883796

Həsənov Razi Sabir oğlu AZE 00617535

Hüseynov Vidadi İsa oğlu AZE 00334496

Quliyev Vaqif Gəray oğlu AZE 00335614

Süleymanov Elman Əbil oğlu AZE 04339665

Şərhlər

XƏBƏR LENTİ