yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ramil Usubov Çin səfiri ilə görüşüb

Ramil Usubov Çin səfiri ilə görüşüb
12-05-2017, 18:51 102 486 dəfə baxılıb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 12-də Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı qəbul edib

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir iki ölkə arasındakı münasibətlərin tarixən mövcud olmuş Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına ilk rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb.

Ramil Usubov bildirib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq onun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış Saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır.
Nazir 2003-cü ildən başlayaraq DİN Daxili Qoşunlarının hərbi qulluqçularının Çin Xalq Respublikasında müxtəlif təlim kurslarında iştirakını məmnunluqla qeyd edib.

Daxili işlər naziri Ramil Usubov xüsusən kibercinayətkarlıqla mübarizədə Çinin təcrübəsini yüksək qiymətləndirib.

Səfir Vey Cinhua Bakının onda böyük təəssürat yaratdığını qeyd edərək, ictimai asayişin, əmin-amanlığın yüksək səviyyədə qorunduğu paytaxt şəhərlərindən biri olduğunu bildirib.
Azərbaycanın iqtisadiyyatına külli miqdarda sərmayə yatıran xarici investorların və digər əcnəbi vətəndaşların burada tam sərbəst və təhlükəsizlik şəraitində yaşayaraq fəaliyyət göstərmələrindən məmnunluğunu ifadə edən səfir belə şəraitin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: gorushub, sefiri, Usubov, ile, Ramil, Chin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ