yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Milli Məclisin nümayəndə heyəti AŞPA-nın yaz sessiyasına qatılacaq

Milli Məclisin nümayəndə heyəti AŞPA-nın yaz sessiyasına qatılacaq
22-04-2017, 14:00 62 135 dəfə baxılıb

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün aprelin 23-dən 30-dək Strasburqda səfərdə olacaqlar.
Milli Məclisin Mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildirlər.
Sessiya dövründə AŞPA-nın son 6 ay ərzində fəaliyyəti barədə və Türkiyədə demokratik institutların fəaliyyəti barədə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Türkiyə ilə bağlı məruzənin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin bütün üzvlərinin çıxışları nəzərdə tutulub.
Bundan başqa, sessiya çərçivəsində Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Muijneksin 2016-cı il üzrə hesabatı olacaq, suallara cavab veriləcək.
Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA komitələrinin və siyasi qruplarının işində də iştirak edəcəklər.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA Bürosunun da tədbirlərinə və təşkilatın gələcək fəaliyyəti ilə bağlı müzakirələrə qatılacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ