SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlham Əliyevdən ölkə gənclərinə jest

İlham Əliyevdən ölkə gənclərinə jest

Tarix:

29-06-2019, 11:23

/ 915 dəfə oxundu.
İlham Əliyevdən ölkə gənclərinə jest

Prezident İlham Əliyev Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında fərmanda dəyişiklik edib.

Fərmanın preambulada və 1-ci hissədə "və ictimai fəaliyyət” sözləri ", gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti” sözləri ilə və 1-ci hissədə "altı” sözü "on” sözü ilə əvəz edilib.

Həmin Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş "Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi” yeni redaksiyada təsdiq edilib.

Qeyd edək ki, əvvəlki fərmanda yalnız Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrindəki gənclərin mükafatlandırılması nəzərdə tutulurdu.

Həmin fərmana görə qeyd olunan sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 (on min) manat məbləğində Prezident Mükafatı təsis edilmişdi. İndi bu mükafatların sayı 10-a qaldırılıb.

Şərhlər

XƏBƏR LENTİ