XalqXəbər.Az

Azərbaycanla Niderland arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir

yüklənir...
Azərbaycanla Niderland arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir
16-05-2019, 14:19
yüklənir...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət, bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynamışdır.
Cari ilin 15 may tarixində Niderlandın Apeldorn şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Niderland Krallığının Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə Agentliyinin əməkdaşları arasında işgüzar görüş keçirilmişdir. Görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avropa ölkələri arasında qabaqcıl hesab edilən Niderland təcrübəsi ilə yaxından tanışlıq baş tutmuşdur.
Xalqxeber.Az xəbər verir ki, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq Elektron Hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri də Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına əsasən milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan, ikitərəfli əməkdaşlıq çərçivəsində görüş zamanı Azərbaycanın və Niderlandın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilmiş, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.
Gorüşdə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılmışdır. Komitə sədri bildirmişdir ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd etmişdir.
Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilmiş və gələcək perspektivlər müəyyən edilmişdir. Bu baxımdan, daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı qurumlar arasında əməkdaşlıq hədəfləri müəyyən edilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi də təmsil olunmuşdur.
Sonda xatirə şəkli çəkdirilmişdir.

Xalqxeber.Az
Azərbaycanla Niderland arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir
Azərbaycanla Niderland arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənirскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.