SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Türkiyədən Ermənistana şərt: "Qarabağ problemi həll edilməsə..."

Türkiyədən Ermənistana şərt: "Qarabağ problemi həll edilməsə..."

Tarix:

22-01-2019, 14:28

/ 885 dəfə oxundu.
Türkiyədən Ermənistana şərt: "Qarabağ problemi həll edilməsə..."

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Maltəpə Memar Sinan Oğlan Tələbə Yataqxanasında təşkil edilən 5 günlük Beynəlxalq Münasibətlər Düşərgəsinin açılış mərasimində iştirak edib.

Türkiyə KİV-inə istinadən xəbər veririk ki, nazir Suriya məsələsi, İraq, Türkiyənin NATO-da yeri, ABŞ-la münasibətlər, Qafqaz regionundakı mövcud vəziyyət barədə fikirlər səsləndirib. Çavuşoğlu çıxışında Türkiyənin Qarabağ problemi barədə mövqeyini bir daha xatırladıb:

"Mövcud problemləri həll etmək üçün cəhd etmək lazımdır. Sadəcə mənfəəti düşünmək bəs etmir. Qarabağ problemi həll edilməsə, Qafqazda sabitlik olmayacaq və Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək. 2019-cu ildə bu məsələlərdə daha yaxından məşğul olacağıq".

Şərhlər

XƏBƏR LENTİ