SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Dünya azərbaycanlılarına müraciət

Dünya azərbaycanlılarına müraciət

Tarix:

28-12-2018, 14:24

/ 1 510 dəfə oxundu.
Dünya azərbaycanlılarına müraciət

Milli Məclis (MM) bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib.
Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxuyub.

Müraciətdə dünyadakı azərbaycanlılarının milli birliyinin vacibliyi qeyd olunub.
Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir: “Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşaqdıqları öləkəlrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.

Şərhlər

XƏBƏR LENTİ