SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İsa Qəmbər yubileyində Baş Prokurorluğa çağırıldı

İsa Qəmbər yubileyində Baş Prokurorluğa çağırıldı

Tarix:

24-02-2017, 15:38

/ 2 023 dəfə oxundu.
İsa Qəmbər yubileyində Baş Prokurorluğa çağırıldı

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Müsavat Partiyasının mətbuat departamentindən verilən məlumata görə, prokurorluqdan Müsavat Partiyasına bununla bağlı rəsmi çağırış vərəqələri göndərilib.

Çağırış vərəqələrində bildirilir ki, Arif Hacılı və İsa Qəmbər şahid qismində ifadə vermək üçün fevralın 27-də saat 10:30-da Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunurlar. Çağırışda istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu da qeyd edilib.

Qeyd edək ki, bu gün İsa Qəmbər 60 illik yubileyini qeyd edir.

Şərhlər

XƏBƏR LENTİ