yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“İlham Əliyev xalqının böyük oğludur” - Özbəkistan Prezidenti

“İlham Əliyev xalqının böyük oğludur” - Özbəkistan Prezidenti
17-11-2017, 12:39 136 dəfə baxılıb

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Özbəkistan baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.
Baş nazirin müavini Alişer Sultanov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.
O bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlət başçısı ilə keçirdikləri görüşləri daim böyük məmnunluqla xatırlayır və deyir: “İlham Əliyev xalqının böyük oğludur”.
Alişer Sultanov qeyd edib ki, Özbəkistan Prezidenti ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı imkanlardan tam istifadə edilməsini zəruri sayır. O bildirib ki, Özbəkistan Prezidenti Azərbaycana səfərini səbirsizliklə gözləyir və bu səfərin səmərəli və məhsuldar keçməsi üçün fəal hazırlıq işləri aparılır. Bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu barədə danışan Alişer Sultanov layihənin regionda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirərək, Özbəkistan Prezidenti ilə keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Dövlət başçısı ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin ortaq tarix, mədəni və dil amillərinə əsaslandığını vurğulayıb. Prezident İlham Əliyev siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyərək, dövlət başçıları arasında qarşılıqlı etimadın və beynəlxalq strukturlarda qarşılıqlı dəstəyin olmasının əhəmiyyətini qeyd edib. Dövlət başçısı, eyni zamanda, ticarət dövriyyəsi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini bildirib.
Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını və ən xoş arzularını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.
*** 11:00
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Özbəkistan baş nazirinin müavini Alişer Sultanovu qəbul edib.
"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: xalqinin, , Eliyev, ogludur, lham, boyuk, Ozbekistan, Prezidenti
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ