yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Ölkənin bu qədər problemləri içində deputatlar maaş davası döyür”

“Ölkənin bu qədər problemləri içində deputatlar maaş davası döyür”
10-11-2017, 16:47 87 320 dəfə baxılıb

“Zəhmət çəkib 8-ci kilometr bazarınadək olan “obyekt”lərini təhvil versinlər”

“Siyavuş müəllim maaşların artırılması ilə bağlı həmişə fikir işlədir. Yaxşı olardı ki, o, müəllimlərin, həkimlərin maaşlarının artırılması təkliflərini irəli sürsün”.
Bunu Versus.Az-a Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Siyavuş Novruzovun Milli Məclis əməkdaşlarının və deputatların əmək haqlarının yetərli olmadığı fikrinə və maşlarının artırılması təklifinə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Partiya sədri bildirib ki, əslində millət vəkili olaraq həkim və müəllimlərin, fəhlələrin maaşlarının artırılması ilə yanaşı, pensiyaların, əlillik müavinatlarının artırılması məsələsi müzakirəyə çıxarılmalıdır:
“Necə yəni deputatların maaşları azdır? Onda zəhmət çəkib 8-ci kilometr bazarınadək olan obyektlərini təhvil versinlər. Jurnalistlər onların hardan əlavə gəlirləri varsa araşdırıb üzə çıxarsın, hansı ki, ayda ümumi 5-10 milyon gəlir əldə edirlər. Ayıbdı e, onlar maaş azlığından şikayət edirlərsə, bütün büdcə onlara sərf olunacaqsa biz nə edək, camaat acından ölməlidir?
Danışmırsan, elə bilirlər heç nədən xəbərimiz yoxdur. Bu qədər obyektləri var, müxtəlif yerlərdə parniklər qurublar, hansını sadalayım? Ölkədə maaşının artırılması vacib olan zəhmətkeşlər çoxdur, diqqəti onlara ayırmaq lazımdır ki, təxribatçı, xaos yaratmaq istəyən qüvvələrin toruna düşməsinlər”.

H.Hacıyevin fikrincə, deputatın maaşının azlığı və artırılması kimi fikirlər ölkə başçısına qarşı hücumların davamıdır:

“Avropadan, Rusiyadan orden alanlar başlayıblar yenə ölkə prezidentinə hücuma keçməyə. Zəhmət çəkib var-dövlətlərinin siyahısını çıxarsınlar üzə, ondan sonra görək kimin maaşı artırılmalıdır. Həkimlər, müəllimlər, əlillər, təqaüdçülər, digər kateqoriyadan olanlar nə etsinlər bəs? Onların dərdinə qalsınlar, öz dərdlərinə yox. Onlar deputat seçiliblər ki, bu xalqın qeydinə qalsınlar. Ayıbdır, ölkənin bu qədər problemləri olduğu halda deputatlar maaş davasındadırlar”.
S.Novruzovun deputatların əmək haqqının hansısa bir rayonun polis rəisi və yaxud prokurorunun maaşından az olması fikrinə gəlincə, MMP sədri bildirib ki, onların da gəlir mənbələri araşdırılmalıdır:
“O polisdir, ya prokurordur, Siyavuş müəllim də deputatdır, qarşısını alsın da bu oğurluğun. İndi onlar oğruyur deyə bunlar da onlara qoşulub dövlət büdcəsini talamalıdır? Görün bunlar dövlət başçısına nə qədər xəyanət edirlər. Bunlar öz dərdlərini çəkirlər. Az təminatlı insanların dərdini çəksinlər, xəstəxanaya gedib müalicə ola bilməyənlərin dərdini çəksinlər. Müəllimlərin vəziyyəti ağırdı, sosial müavinətlər vaxtlı-vaxtında verilmir, əlillərin güzəranı acınacaqlıdır. Bunların həllinə çalışsınlar, maaş davası etməsinlər”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: davasi, problemleri, ichinde, doyur, bu, Olkenin, qeder, maash, deputatlar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ