yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Oqtay Əsədov Minsk qrupundan narazılıq etdi

Oqtay Əsədov Minsk qrupundan narazılıq etdi
8-09-2017, 15:01 107 403 dəfə baxılıb

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışıb.

O, təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb: “Danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır”.

K.Muttonen ATƏT PA-nın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib. O, dünyada terrorizm dalğasının tüğyan etdiyi, təhlükəsizliyə daha çox ehtiyac duyulduğu bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-dək davam edəcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Esedov, etdi, naraziliq, Oqtay, Minsk, qrupundan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ