XalqXəbər.Az

“Maşın şou”nun iştirakçısından Murad Dadaşovla bağlı ŞOK İDDİA: “Son qəpiyimə qədər..." – FOTO

yüklənir...
“Maşın şou”nun iştirakçısından Murad Dadaşovla bağlı ŞOK İDDİA: “Son qəpiyimə qədər...
24-12-2018, 13:09
yüklənir...

Müğənni Mina Hüseyn Xalq artisti Murad Dadaşovun ona qarşı böyük hörmətsizlik etdiyini bildirib.

Müğənni bu barədə instaqramda məlumat verib.

O bildirib ki, Murad Dadaşova doğum günündə aldığı hədiyyə geri qaytarılıb:

““Maşın Şou”da qonaq idim, dəvət etmişdilər. Murad Dadaşova ad günü münasibəti ilə hədiyyə alıb aparmışdım, bəlkə də son qəpiyimə qədər xərc çəkmişdim... Şəxsən özü aldığım hədiyyəni geri qaytardı, üstəlik efir zamanı heç bir dəfə də olsun adımı çəkmədi. Sağ olsunlar, bəlkə onlar özlərini belə hərəkətlərlə dəyərli hiss edirlər, bilmirəm... Şounun sms yarışmasının öz qanunları var, mən o qanunlardan birini istifadə etmişəm, bu, təbii haqqım idi. İnsanlar mənə dəstək olub, bəli, Allah hər birinizdən razı olsun. Mən yarışmanı məğlub olaraq tərk etmədim, sayənizdə maşını da qazanmış kimi varam. Xahiş edirəm ki, seçimimə hörmətlə yanaşasınız. Əsas odur ki, simamı itirmədim. Dünya malı dünyada qalar”.

Xatırladaq ki, Mina müğənni Elnarə Xəlilovanın bacısı qızıdır.
“Maşın şou”nun iştirakçısından Murad Dadaşovla bağlı ŞOK İDDİA: “Son qəpiyimə qədər..." – FOTO
“Maşın şou”nun iştirakçısından Murad Dadaşovla bağlı ŞOK İDDİA: “Son qəpiyimə qədər..." – FOTO

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.