yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Məşhurlar Heydər Əliyevdən yazdı - “Çox darıxmışıq…”

Məşhurlar Heydər Əliyevdən yazdı - “Çox darıxmışıq…”
12-12-2017, 10:40 115 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevi anım mərasimləri təşkil olunur.
Ulu öndəri ananlar sırasında Azərbaycanın tanınmış incəsənət nümayəndələri də var. Onlar rəsmi instaqram hesablarından Heydər Əliyevlə bağlı görüntülər paylaşaraq anıblar.

Xalq artisti Mələkxanım Əyyubova: “Ulu öndər, Allah rəhmət eləsin”.

Xalq artisti Firəngiz Mütəllimova:

“Azərbaycanın ən dəyərli, qiymətli və əvəzolunmaz sərvəti, ulu öndərimiz! Dünyanın ən güclü insanı. Allah rəhmət eləsin. Nurlar içində yatasan”.

Xalq artisti Məleykə Əsədova:

“Qoy eşitsin bütün dünya, sən əbədi prezidentsən. Dədə Heydər, xalqım üçün seçdiyin yol əbədidir. Allah ruhunu şad etsin. Hər zaman qəlblərdə yaşayacaqsan. Sənin üçün çox darıxmışam”.

Xalq artisti Nazpəri Dostəliyeva:

“Qəlbi hər zaman Azərbaycan ilə döyünən gözəl insan, müasir ölkəmizin memarı olan Heydər Əliyevin anım günüdür”.

Xalq artisti Faiq Ağayev: “Zaman amansızdır. Artıq 14 il keçib. Dahi, ruhun şad olsun”.

Bundan başqa, xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər- Ədalət Şükürov, Mətanət İsgəndərli, Manana Caparidze, Röya Ayxan, müğənnilər- Gülay Zeynallı, Günay İbrahimli və başqa tanınmış şəxslər ulu öndəri anıblar.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Heyder, Eliyevden, Meshhurlar, yazdi, , darixmishiq, Chox
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ