SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Alimin evindən 1 milyon aparmaqda təqsirləndirilən qulluqçu: - "Allah bilir ki..."

Alimin evindən 1 milyon aparmaqda təqsirləndirilən qulluqçu: - "Allah bilir ki..."

Tarix:

7-06-2018, 13:13

/ 1 703 dəfə oxundu.
Alimin evindən 1 milyon aparmaqda təqsirləndirilən qulluqçu: - "Allah bilir ki..."

Alimin evindən 1 milyon manata yaxın pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən Aqşin Qəhrəmanov və Xanım Zeynalovanın barələrindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama münasibət bildirən hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyib.

Təqsirləndirilən şəxslərə ifadə vermək təklif edilsə də, onlar bundan imtina ediblər.

Xanım Zeynalova qeyd edib ki, yazılan əməllərin heç birini o törətməyib: "Allah mənim tək şahidimdir ki, bu işlər mənlik deyil".

Qeyd edək ki, Xanım Zeynalova 2015-2017-ci illər ərzində AMEA-ın Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın evində qulluqçu olub.

Qulluqçunun həmin vaxt ərzində Aybəniz Əliyevanın evindən ümumilikdə 539 min dollar və 179 min manat məbləğində qızıl-zinət əşyaları oğurladığı məlum olub.

Zərərçəkmişin şikayəti əsasında saxlanan Xanım Zeynalova həbs edilib. Daha sonra onun bu cinayəti tanışı Aqşin Qəhrəmanovla birlikdə törətdiyini üzə çıxıb.

Şərhlər

XƏBƏR LENTİ