yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İmmuniteti gücləndirir, qəbizliyi aradan qaldırır – MÜNTƏZƏM İÇİN

İmmuniteti gücləndirir, qəbizliyi aradan qaldırır – MÜNTƏZƏM İÇİN
22-01-2018, 12:27 210 dəfə baxılıb

Süd məhsulları orqanizmin kalsiuma olan ehtiyacını ödəmək üçün əvəzedilməz qidalardır. Bunun üçün adətən biz inək südündən geniş şəkildə istifadə edirik. Amma mütəxəssislər keçi südünün insan orqanizminə daha faydalı olduğunu bildirirlər.

Keçi südünün faydaları ilə bağlı türkiyəli diyetoloq Oya Neva Demirkolun məlumatlarını diqqətinizə çatdırır;q.

Keçi südü inək südündən daha çox kalsiuma malikdir. Bu da sümüklərin sağlam formalaşmasında və osteoporoza qarşı qorumada böyük rol oynayır. Keçi südü kalsiumdan əlavə fosfor, maqnezium, A vitamini və selenium, potasium və B qrupu vitaminləri ilə də zəngindir. 1 stəkan keçi südü gündəlik kalsium ehtiyacının haradasa yarısını, B vitamini ehtiyacının 20 faizini qarşılaya bilir.
Keçi südünün inək südündən bir az daha yüksək olan kalorisi sizi qorxutmasın. Bu möhtəşəm südün tərkibindəki faydalı yağ turşuları, arıqlamağa və metabolizmanı sürətləndirməyə kömək edir. Tərkibindəki faydalı yağ turşuları sayəsində ürək və damar sağlamlığının qorunmasına da yardımçı olduğunu unutmamaq lazımdır. Yüksək potasium ilə zəngin olan keçi südü damarların genişlənməsinə və təzyiqin düşməsinə kömək edir.
Keçi südü, eyni zamanda, yaxşı bir immunitet gücləndiricidir. Tərkibindəki selenium sayəsində immunitet sisteminin sağlam işləməsini təmin edir və bədəni xəstəliklərə qarşı qoruyur. Selenium xərçəngdən qorumada da effektlidir.
Yüksək protein tərkibi ilə bədənin metabolik fəaliyyətlərini yerinə yetirməsinə kömək edir.
Müntəzəm içsəniz, astma, eqzema, həzm problemlərinizin azaldığını görəcəksiniz.
Varikoz müalicəsində təsirli qida kimi istifadə edilə bilər.
Həzmi asan olduğundan qəbizlik problemi olanlar asanlıqla qəbul edə bilər.
Allergiyaya səbəb olan beta kazein keçi südündə azdır. Buna görə protein allergiyası olanlar keçi südü içəndə allergiya riski daha az olur.
Tərkibində iltihablanmanı əngəlləyən yağ turşuları var.
Dəri xəstəliklərini yaxşılaşdırmada dərman müalicəsinə kömək edir. Qara nöqtələri təmizləmək və məsamələrı sıxlaşdırmaqda son dərəcə effektlidir.
Keçi südü ana südünə ən yaxın süd adlandırılır. Bunun səbəbi həm qidalandırıcı tərkibi, həm də asan həzm edilə bilməsindədir. Keçi südü inək südünə nisbətən çox daha rahat həzm edilə bilir. Üstəlik tərkibindəki protein ana südündəki proteinlə eyni tərkibə malikdir: “Əslində həzmi asan olan və olduqca qidalandırıcı xüsusiyyətə malik keçi südünü yaşından asılı olmayaraq hər kəs içə bilər. Lakin bu südün tərkibində B12 və fol turşusu kasad olduğu üçün körpələrə və uşaqlara verilərkən diqqətli olmaq lazımdır. Tez-tez keçi südü içən uşaqlar və böyüklər qan azlığı riskinə qarşı qidalar yeyirsə, keçi südü seçiminin hər hansı bir qorxusu yoxdur. Amma ehtiyatı əldən verməmək üçün qan azzlığı riskindən uzaq durmaq üçün körpənizə 1 yaşından əvvəl keçi südü vermək məsləhət deyil. İrəli yaşlarda isə uşaqların qidalanmasına diqqətli olmaq şərtilə keçi südü içməsi mümkündür”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qaldirir, ChN, mmuniteti, guclendirir, MUNTEZEM, qebizliyi, aradan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ