yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum günüdür

Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum günüdür
5-04-2017, 10:16 59 000 dəfə baxılıb
yüklənir...

Görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının doğum tarixidir.
Məlumatına görə, Asəf Zeynallı 1909-cu ildə Dərbənddə anadan olub. Bakı Musiqi texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfində oxuyub. 1929-1931 illərdə Türk (Azərbaycan) Fəhlə Teatrında musiqi bölməsinin müdiri və Azərbaycan Proletar Musiqiçiləri Birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar.
Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Həmçinin Cəfər Cabbarlının Türk (Azərbaycan) Fəhlə Teatrında oynanılan əsərlərə musiqi bəstələyib, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyub. O, bir neçə Azərbaycan xalq mahnısını da nota alıb.
Asəf Zeynallı 1932-ci ildə yaradıcılığının inkişaf etdiyi bir dövrdə ağır xəstəlikdən vəfat edib.
Bakı Musiqi kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azərbaycan, musiqi, Zeynallı, Musiqi, Teatrında, Zeynallının, Fəhlə, tarixində, süitası, musiqisi, bəstələyib, əsəri, Cabbarlının, bağlıdır, romanslar, Həmçinin, Cəfər, oynanılan, repartuarının, əsərlərə
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ