yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan əhalisi bu il ərzağa 4,6 mlrd. manat xərcləyib

Azərbaycan əhalisi bu il ərzağa 4,6 mlrd. manat xərcləyib
15-05-2017, 11:20 56 281 dəfə baxılıb
yüklənir...

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,7% üstələyərək 10,2 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 50,6%-ni (5 mlrd. 161 mln. manat) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,4%-ni (5 mlrd. 39 mln. manat) qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-aprel aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 0,6% və 2,7% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2%-i (4 mlrd. 610,4 mln. manat) ərzaq məhsullarının, 5,4%-i (550,87 mln. manat) içkilər və tütün məmulatlarının, 17,7%-i (1 mlrd. 805,4 mln. manat) toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,4%-i (448,8 mln. manat) elektrik malları və mebellərin, 4,9%-i (499,8 mln. manat) avtomobil yanacağının, 1,3%-i (132,6 mln. manat) əczaçılıq və tibbi malların, 0,8%-i (81,6 mln. manat) kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,3%-i (1 mlrd. 866,6 mln. manat) isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-aprel aylarında istehlak məhsullarının 11,4%-i hüquqi şəxs statuslu müəssisələr, 53,5%-i fərdi sahibkarlar tərəfindən, 35,1%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 2,7%, fərdi sahibkarlar üzrə 2,5% artıb, bazar və yarmarkalar üzrə isə sabit qalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azerbaycan, manat, bu, 46, mlrd, xercleyib, il, erzaga, ehalisi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

26-07-2017


25-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ