SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “2017-ci ildə də bağlanmağa namizəd olan banklar var” – Ekspert

“2017-ci ildə də bağlanmağa namizəd olan banklar var” – Ekspert

Tarix:

19-01-2017, 20:39

/ 2 161 dəfə oxundu.
“2017-ci ildə də bağlanmağa namizəd olan banklar var” – Ekspert

Samir Əliyev: “Bu il manatın məzənnəsinin nə qədər olacağın demək çox çətindir”

“Marja o vaxt götürülür ki, artıq tam üzən məzənnə mövcuddur. Amma Azərbaycanda tam üzən məzənnə mümkün deyil”.

Bu sözləri Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev 2017 -ci il ərzində dolların məzənnəsi 2.20-2.50 manata bərabər olacağı halda Azərbaycanda bank sisteminin vəziyyətin şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi ABŞ-ın Federal Ehtiyyat Sistemindən (FED) dolların uçot dərəcəsinin 3 faizə qədər artırıla biləcəyi barədə bəyanatlar verilir. Bir çox yerli iqtisadi analitiklər isə hesab edirlər ki, 2017 -ci il ərzində dolların məzənnəsi 2.20-2.50 manata bərabər olacaq. Bildiyimiz kimi Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 11 yanvar 2017-ci il tarixli qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış-satış məzənnənin rəsmi məzənnədən +-4% həddində tətbiq olunan kənarlaşma həddi 12 yanvar 2017-ci il tarixindən ləğv olundu. 4 faizlik marjanın ləğv edilməsi Azərbaycanda dolları daha da bahalaşdırdı.

Belə bir durumda problemli kreditlərin taleyi necə olacaq və əgər məzənnə deyilən kimi olsa, Azərbaycanda bank sistemi çökə bilər? Həmçinin valyuta alqı-satqısında marja götürüldükdən sonra alışla satış arasında kəskin fərq yaranıb. Hesab etmək olarmı ki, banklar yaranmış vəziyyətdən sui-istifadə edirlər?

Mövzu ilə bağlı Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyevə müraciət etdik.

Samir Əliyev: “Əvvəl də demişəm indi də deyirəm ki, yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil”.

İqtisadçı eksperin qeyd edib ki, bizim banklar baş vermiş iki devalvasiyanın təsirləri altından hələ də çıxa bilmirlər. Devalvasiyaların təsiri banklarda qalmaqda davam edir. İndi də əgər manatın məzənnəsi düşərsə, təbii ki, bu da bank sistemindəki problemləri daha da artıracaq:

“Bu il manatın məzənnəsinin nə qədər olacağın demək çox çətindir. Çünki bir sıra amillər var. Görünən budur ki, Neft Fondundan Mərkəzi Banka 4.2 milyard dollar, yəni manatla 7.5 milyard manat vəsait ayrılıb. Təbii ki, ayrılan vəsait əsasən xarici borcların ödənilməsinə yönələcək. Amma bu vəsait manatın məzənnəsinin sabitliyi üçün də istifadə ediləcək. Sabitlik deyəndə manatın məzənnəsinin eyni qalmasından söhbət getmir. Yəni məzənnədəki kəskin ucuzlaşmanın qarşısın almaq üçün ayrılan vəsaitdən istifadə edəcəklər. Bu amillərə görə manatın məzənnəsinin necə olacağın demək bir qədər çətindir. Hər halda görünən budur ki, bu il manatın məzənnəsi indiki səviyyədə olmayacaq.

Bildiyimiz kimi birinci devalvasiyadan sonra Azərbaycanda 13 bank bağlandı. Hazırda isə Azərbaycanda 32 bank fəaliyyət göstərir. Bu 13 bankın bağlanmağının səbəbi məhz devalvasiya oldu. Ekspertlər də əvvəlcədən xəbərdarlıq etmişdilər ki, devalvasiya baş versə, bank sistemi çox böyük zərbə alacaq və banklar bağlanacaq. Bizim banklar baş vermiş iki devalvasiyanın təsirləri altından hələ də çıxa bilmirlər. Devalvasiyaların təsiri banklarda qalmaqda davam edir. İndi də əgər manatın məzənnəsi düşərsə, təbii ki, bu da bank sistemindəki problemləri daha da artıracaq. Manatın məzənnəsinin daha da aşağı düşməsi xüsusən problemli kreditlərə çox təsir edəcək. Təəssüflər olsun ki, problemli kreditlərlə bağlı demək olar ki, heç bir iş görülmədi.

Hökumət problemli kreditləri əhali ilə bankların üzərinə atdı. Biz də bu gün bu addımın mənfi fəsadların görürük. Nə qədər ki, problemli kreditlər həll olunmayıb demək banklar hələ də zərbə altındadır. Manatın məzənnəsi daha da düşərsə, bu bank sektorundakı vəziyyəti daha da qəlizləşdirəcək. 2017-ci ildə də bağlanmağa namizəd olan banklar var. Yəni yenidən devalvasiyanın olması bankların bağlanması qərarın daha da surətləndirə bilər. Mən düşünürəm ki, bankların bağlanması, bank filyallarının, işçilərin ixtisarı və maaşların azaldılması kimi proseslər bu il də bank sektorunda baş verəcək. Hər bir halda dollarla olan problemli kreditlər həll edilməlidir. Bəlkə bu problemli kreditlər həll edilsə, bir xeyli bank bağlanmaq təhlükəsindən azad oluna bilər. Əks halda bank sektoru bu ildə çətin sınaq qarşısında qalacaq.

Samir Əliyev: “Marjanın götürülməsini vaxtından əvvəl atılmış addım kimi qiymətləndirirəm”.

Birinci onu qeyd edim ki, mən marjanın ləğvinin əleyhinəyəm. Mən düşünürəm ki, 4% marja götürülməli deyildi. Yaxşı olardı ki, marjanın həddi artırılsın. Məsələn marjanı 6-8 %-ə qaldırmaq olardı. Burada məqsəd odur ki, banklar marjaya görə dolları satmaqda maraqlı deyildilər və dolları “qara bazar”a göndərib baha qiymətə satırdılar. Onu da qeyd edim ki, idealda marjanın olmamağı yaxşıdır. Amma marja o vaxt götürülür ki, artıq tam üzən məzənnə mövcuddur. Amma Azərbaycanda tam üzən məzənnə mümkün deyil. Yəni sənəd üzərində və adı üzən məzənnə ola bilər, amma reallıqda tam üzən məzənnə deyil. Əvvəl də demişəm indi də deyirəm ki, yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Üzən məzənnəyə keçid olsa da, bunun fəsadları ağır ola bilər. Bütün bunlara görə mən indiki məqamda marjanın ləğvinin əleyhinəyəm. Yenə qeyd edim ki, mən marjanın həcminin artırılmasının tərəfdarı idim.

Gözlənilən də bu idi ki, marja götürülsə, alış və satış arasında fərq böyüyəcək. Bank da kommersiya qrumudur. Bankın məqsədi də gəlir götürməkdir. İndi marjanın ləğv edilməsi ona oxşayır ki, biz gedib dükanda hansısa məhsul satan sahibkara deyirik ki, sən niyə məhsulu baha satırsan. Amma biz bilməliyik ki, bu qiyməti bazar tənzimləyir. Qiymətə inzibati yolla qadağa qoymağın heç bir faydası olmayacaq. Yəni qısa müddətə təsir edə bilər, amma uzun müddətə çox böyük problemlər yaradacaq. O cümlədən bu misalı banklara da aid etmək olar. Mən də bir vətəndaş kimi istərdim ki, bankdan dolları ucuz alım və dolları baha satım. Amma iqtisadi baxımdan düşünəndə elə etmək lazımdır ki, bank dolları nə baha sata bilməsin, nədəki əhalidən çox ucuz ala bilməsin. Bunun üçün iqtisadi şərait yaradılmalıdır.

Belə iqtisadi şərait yollarından biri də dollar təminatının yaradılmasıdır. Azərbaycanda dollar qıtlığı aradan qalxmayana qədər bankların sui-istifadə halları olacaq. Buna görə də marjanın götürülməsini mən vaxtından əvvəl atılmış addım kimi qiymətləndirirəm”.
pia.az

Şərhlər

XƏBƏR LENTİ