XalqXəbər.Az

Vahid Ələkbərov “Lukoyl”u Türkiyəyə “köçürür”?

yüklənir...
Vahid Ələkbərov “Lukoyl”u Türkiyəyə “köçürür”?
28-03-2017, 22:31
yüklənir...

“Lukoyl” Rusiyadakı yanacaqdoldurma məntəqələrinin 30%-ni bağlamaq haqqında planlarını açıqladığı bir vaxtda onun Türkiyə ilə bağlı yeni planları məlum olub.
Rusiyada biznesin rentabelliyinin aşağı düşməsi səbəbindən yanacaqdoldurma məntəqələrini satmağı düşündüyünü bəyan edən şirkət artıq Türkiyədə yeni YDM-lərin açılışına hazırlaşır.

Qeyd edək ki, “Lukoyl” Rusiyada 2 min 544 yanacaqdoldurma məntəqəsinə malikdir. Bu rəqəm Rusiyada ümumi YDM-lərin sayının 21%-ni təşkil edir. Ümumilikdə, şirkət yeddi regionda 700-dək yanacaqdoldurma biznesini bağlamaq niyyətindədir.

Eyni zamanda, “Lukoyl” Türkiyədə pərakəndə şəbəkəsini genişləndirmək niyyətindədir. Bu haqda şirkətin prezidenti Vahid Ələkbərov bildirib. İndi şirkət Türkiyədə 600-dən çox yanacaqdoldurma məntəqəsinə (bazarının 5%) sahiblik edir: “Biz neft emali zavodumuz olan Belçika və Hollandiyada iştirakımızı artırdıq, Balkanlarda çox güclü mövqeyə malikik, bundan başqa, Türkiyədə fəallığımızı artırmaq niyyətindəyik. Niyə məhz Türkiyə? Çünki bizim zavodlar bu bazara istiqamətlənib”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.