SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » ”Mega İnşaat” İrandan Azərbaycana iki vaqon armatur gətirdi - TRAMPIN SANKSİYALARININ ARDINCA

”Mega İnşaat” İrandan Azərbaycana iki vaqon armatur gətirdi - TRAMPIN SANKSİYALARININ ARDINCA

Tarix:

14-05-2019, 13:18

/ 1 221 dəfə oxundu.
”Mega İnşaat” İrandan Azərbaycana iki vaqon armatur gətirdi - TRAMPIN SANKSİYALARININ ARDINCA

ABŞ prezidenti Donald Tramp bu günlərdə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb. Xəbər verildiyi kimi həmin sanksiyalar İranın neftdən sonra ikinci əsas valyuta mənbəyi olan metallurgiya sənayesini hədəf alır. Fərmana əsasən İrandan metallurgiya sənayesi məhsullarının ixracı qadağan edilir və xarici şirkətlər 90 gün ərzində bu ölkənin metallurgiya şirkətləri ilə işgüzar münasibətləri dayandırmasalar ABŞ-ın sanksiyaları ilə üzləşəcəklər.
Virtualaz.org xatırladır ki, ABŞ ötən il İrana qarşı sərt iqtisadi sanksiyaları bərpa edəndən sonra Tehran poladəritmə müəssisələrinə dempinq tətbiq etmişdi. Nəticədə maya dəyəri ucuzlaşan İran armaturları sürətlə qonşu ölkələrin, o cümlədən Azərbaycanın bazarını doldurmuşdu. Lakin İran armaturlarının keyfiyyəti ilə bağlı ciddi problemlər meydana çıxdığı üçün FHN tikinti şirkətlərinə çoxmərtəbəli binaların inşaatında bu armaturlardan istifadəni dayandırmağı tövsiyə etmişdi.

Lakin İran armaturları Azərbaycan bazarına daxil olmaqda davam edir. Virtualaz.org xəbər verir ki, bu günlərdə-ABŞ prezidenti Donald Trampın sanksiyalar barədə fərmanı imzalamasından sonra “Mega İnşaat” MMC adlı şirkət Azərbaycana İrandan iki vaqon həcmində 140 ton armatur idxal edib.

İdxal bəyannaməsinə əsasən həmin şirkət Gəncə şəhərində, Səfaləddin Əsgərov küçəsi, ev 7, dalan 8-də qeydiyyatdan keçib. Şirkətin fəaliyyəti barədə geniş məlumat yoxdur, amma Bakı-Sumqayıt yolu üzərindəki “Eurohome” tikinti materialları bazarında “Mega İnşaat” adlı mağaza fəaliyyət göstərir.

Şirkət İrandan armatur idxal etmək üçün belə görünür ki, Türkiyə şirkətinin vasitəçiliyindən istifadə edib. Çünki ABŞ-ın sanksiyaları nəticəsində İranın dollarla bank əməliyyatları aparmaq imkanı yoxdur, nəticədə ölkə satdığı malın pulunu valyuta ilə almaq üçün vasitəçi şirkətlər üzərindən qurulmuş sxemlərdən istifadə edir.

Doğrudur, ABŞ prezidentinin İran armaturlarının ixracına qoyduğu qadağanın təsirləri üç ay sonra özünü göstərəcək və indiki halda “Mega İnşaat” şirkəti həmin sanksiyaları pozmuş hesab edilmir. Amma bu ticarət münasibətləri davam edərsə həmin şirkəti və İrandan armatur idxal edən digərlərini ABŞ-ın sanksiyaları gözləyəcək.
”Mega İnşaat” İrandan Azərbaycana iki vaqon armatur gətirdi - TRAMPIN SANKSİYALARININ ARDINCA
”Mega İnşaat” İrandan Azərbaycana iki vaqon armatur gətirdi - TRAMPIN SANKSİYALARININ ARDINCA
”Mega İnşaat” İrandan Azərbaycana iki vaqon armatur gətirdi - TRAMPIN SANKSİYALARININ ARDINCA

Şərhlər

XƏBƏR LENTİ