XalqXəbər.Az

Azərbaycanın ən pullu bankları böhran içində - Onlar da müştəri tapa bilmir

yüklənir...
Azərbaycanın ən pullu bankları böhran içində - Onlar da müştəri tapa bilmir
14-02-2019, 17:43
yüklənir...

Azərbaycanın bank sistemi MDB-də ən yüksək kapitallaşma səviyyəsini nümayiş etdirir, bu da, əsasən dövlətin ən iri bankı - Azərbaycan Beynəlxalq Bankına köməyi ilə izah olunur.

"Moody`s" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunur ki, 2018-ci ilin sonuna olan vəziyyətə görə, Azərbaycanın bank sektorunun kapitallaşması risklərlə ölçülmüş aktivlərin təxminən 20 faizini təşkil edir, bu da, MDB-də ən yüksək göstəricidir. Bu, əsasən ABB-də həyata keçirən maliyyə sağlamlaşdırılmasının nəticəsidir.

Agentliyin analitikləri bildirirlər ki, bu göstərici 2019-cu ildə azala bilər, lakin MDB-də ən yüksək olaraq qalacaq. Həmçinin, o da qeyd edilir ki, Azərbaycan bankları MDB ölkələri arasında ən zəif kredit profillərinə malikdirlər:

“Ukrayna və Azərbaycan bankları MDB ölkələrinin bank sektorları arasında ən zəif kredit profillərinə malikdirlər. Lakin aktivlərin risklərinin sayına görə Azərbaycan bankları ən aşağı göstəricilərə malikdir”.

O cümlədən, analitiklər Azərbaycan banklarının aktivlərinin keyfiyyətinin yaxşılaşdığını vurğulayırlar. Belə ki, 2018-ci ilin sonuna agentliyin məlumatına görə, ümumi kredit portfelində problemli kreditlərin payı iki il öncə olan 31 faizdən 15 faizədək azalıb. “Moody`s”in qiymətləndirmələrinə görə, MDB ölkələrinin iqtisadiyyatlarının artım templərinin bərpası fonunda bütün regionda əməliyyat mühiti yaxşılaşır:

“2017-2018-ci illərdə iqtisadiyyatların bərpası dövründən sonra yaxın 2 il ərzində MDB ölkələrinin iqtisadi artım nümayiş etdirəcəyini gözləyirik. MDB ölkələrinin bank sektoru üzrə proqnozumuz - müsbətdir”.

Müstəqil analitik qruplar Azərbaycanda fəaliyyət göstərən bankların 2019-ci il yanvarın 1-nə kredit portfelinin illik dinamikasına görə renkinqini hazırlayıb. Araşdırmalara əsasən, xalis kreditlərin illik dinamikası belə əks olunur: - Bank Respublika 54,51 faiz, Ziraat Bank Azerbaijan 50,95 faiz, Premium Bank 48,09 faiz, PASHA Bank 40,06 faiz, Unibank 38,41 faiz, Azer-Turk Bank 38,39 faiz, Rabitəbank 35,42 faiz, Bank BTB 33,83 faiz, Expressbank 32,56 faiz, NBC Bank 32,43 faizdir.

Başqa bir araşdırmaya görə, Azərbaycanda 2018-ci ilin əvvəli ilə müqayisədə ilin sonuna kredit portfelinin 55.64 faiz artım ilə ilk pillədə “Premium Bank” ASC durur.

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, araşdırılan renkinqlərdə məbləğ baxımından artım göstərilmir:

“Təqdim olunan siyahıdan görürük ki, PASHA Bankda 40 faiz artım var. Onsuz da bu bankın kredit portfeli yüksəkdir, bunun da 40 faiz artması çox böyük aktivlikdir. NBC Bankın kredit portfelinin 32 faiz artdığı göstərilir. Bu bankın da kredit portfeli yüksək deyil, ona görə də 32 faizi yüksək hesab etmək olmaz. Tutaq ki, bir bankın kredit portfeli 100 milyondur və 40 faiz artırsa, 140 milyon olur. Əlbəttə, bu, böyük rəqəmdir. Digər bir bankın isə kredit portfeli 10 milyondur, əgər 30 faiz artırsa, 13 milyon olur. Bu, digər bankla müqayisədə elə də ciddi artım hesab olunmur. Burada əsas məsələ həmin bankların kredit portfelinin əvvəl nə qədər olmasıdır. Adıçəkilən banklar arasında Premium Bank, PASHA Bank, Expressbankın kredit portfeli kifayət qədər yüksəkdir. Digər bankların vəziyyətləri onsuz da qənaətbəxş deyil. Ola bilər ki, təqdim olunan bu siyahıda olmayan elə bank var ki, onun portfeli 10 faiz artıb, amma məbləğ baxımından bu, əslində çox olub. Çünki onun portfeli onsuz da çox böyükdür. Bu baxımdan aparılan statistika və müqayisə ətraflı deyil”.

Əkrəm Həsənov onu da qeyd edib ki, ötən il ümumi bank sisteminin portfelində böyük bir artım yox idi:

“Əgər bir bankın kredit portfeli artırsa, bu, həmin bankın vəziyyətinin yaxşı olduğunun göstəricisidir. Yəni, pulu var ki, kredit verib. Kredit portfeli artmayan bankların vəziyyəti isə ondan xəbər verir ki, onun problemli kreditlərinin həcmi çoxdur və maliyyə mənbələri kifayət qədər deyil, əmanətləri azalıb, Mərkəzi Bankdan da kredit götürə bilmir. Son nəticədə hər bir bank istəyir ki, kredit versin. Çünki bank kredit verməklə qazanc əldə edir. Digər səbəb də ola bilər ki, bankın pulu var, amma normal müştəri tapa bilmir. Hazırda kredit bazarında normal müştəri tapmaq problemdir”.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.