XalqXəbər.Az

Prezident Natiq Əmirova yeni vəzifə verdi - Fərman

yüklənir...
Prezident Natiq Əmirova yeni vəzifə verdi - Fərman
26-12-2018, 12:18
yüklənir...

Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirov yeni vəzifəyə təyin olunub. Ötən gün prezidentin Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” fərmana etdiyi dəyişikliklə əlaqədar N. Əmirov şuranın sədri təyin olunub.

Şuranın üzvləri isə aşağıdakı kimi təsdiq edilib:

Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan birinci vitse-prezidentinin köməkçisi
Azərbaycan maliyyə naziri
Azərbaycan iqtisadiyyat naziri
Azərbaycan Mərkəzi Bankının sədri
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru

Xatırladaq ki, Maliyyə Sabitliyi Şurası 2016- ci ildə yaradılıb. Şuraya rəhbərliyi isə baş nazir həyata keçirirdi. Sözügedən fərmana edilən dəyişikliyə əsasən rəhbərlik missiyasını N. Əmirov həyata keçirəcək.

Əlavə olaraq Şuranın tərkibinə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri, Azərbaycan birinci vitse-prezidentinin 2 köməkçisi daxil edilib. Beləliklə, Şuranın üzvlərinin sayı 8 nəfərə çatdırılıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.