yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Bəzi dövlət rüsumları ARTIRILIR

Bəzi dövlət rüsumları ARTIRILIR
19-05-2018, 11:54 666 dəfə baxılıb

“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilir.

Qida Təhlükəsizliyi Agentliyinə bir sıra səlahiyyətlərlə yanaşı, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması, onların dövlət reyestrinin aparılması, habelə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatlarının təqdim olunması səlahiyyətləri də verilib.

Yuxarıda deyilənlər nəzərə alınaraq, “Dövlət rüsumu haqqında” qanuna bəzi dəyişikliklər təklif olunur. Dəyişikliklərdə dövlət rüsumunun tutulduğu yeni hallar müəyyən edilir. Bura qida təhlükəsizliyi sertifikatının verilməsi aiddir.

Dəyişikliyə görə, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 20 manat dövlət rüsumu müəyyən edilib. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatının xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil edilməyə görə), 50 manat ( reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın dublikatının verilməsinə görə) rüsum müəyyənləşib.

Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə heyvanların, heyvan mənşəli məhsulların və xammalın növləri və xüsusiyyətləri nəzərə alınmaqla 5 qəpikdən-5 manatadək miqdarda dövlət rüsumu müəyyən edilir.

Bir sıra hallara görə isə rüsumlar isə artırılıb. Baytarlıq sertifikatının verilməsi üçün bir sənədə görə rüsum 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə (bir preparat)rüsum 50 manatdan 100 manata, pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün(bir sənəd) rüsum 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi üçün (bir icazə) rüsum 3 manatdan manata, növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) görə rüsum 1 manatdan 10 manata, bir poçt göndərişinə (dəst) görə rüsum 20 qəpikdən 2 manata qaldırılıb.

Qanuna dəyişiklik Milli Məclisin mayın 31-də keçriləcək iclasında müzakirə ediləcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ