SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda 3 polis yanğında zəhərlənib

Bakıda 3 polis yanğında zəhərlənib

Tarix:

24-04-2017, 16:53

/ 60 407 dəfə oxundu.
Bakıda 3 polis yanğında zəhərlənib

Ötən gecə Bakıda baş verən yanğında 3 polis əməkdaşı tüstüdən zəhərlənib.

xalqxeber.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 24-də Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə köməklik edən 3 polis əməkdaşı zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, yanğın zamanı binanın 50 nəfərdən çox sakin xilas edilib.

Şərhlər

XƏBƏR LENTİ